Azərbaycan Prezidenti Kubanın dövlət başçısını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Kuba Prezidenti Migel Dias-Kanel Bermudesə təbrik məktubu göndərib.
Azxeber.com xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan-Kuba əlaqələrinin inkişafı məmnunluq doğurur. COVID-19 pandemiyası ilə əlaqədar ölkələrimizin səmərəli əməkdaşlığını xüsusilə qeyd etmək istəyirəm.
İnanıram ki, Azərbaycan ilə Kuba arasındakı dostluq münasibətləri birgə səylərimizlə bundan sonra da uğurla inkişaf edəcək, BMT və Qoşulmama Hərəkatı da daxil olmaqla çoxtərəfli təsisatlarda əməkdaşlığımız davam edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Kuba xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Trampa İrandan şok: Razılaşmaya imza atdıqdan bir saat sonra
Azərbaycan nefti ucuzlaşdı
Yarımfinal oyunları nə vaxt olacaq?
Çimərlikdə boğulan Rəşadın fotosu
Şəmkirdə qadını elektrik cərəyanı vuraraq öldürüb
İlham Əliyev: Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb
"Hakim İngiltərə millisini xilas etdi" - Erlinq Holandın atası
DÇ tarixində ilkə imza atdı
Bakıda PARTLAYIŞ oldu - Yaralılar var
11 yaşlı uşaq çaya düşdü
Bakıda qonşu mübahisəsi qətllə nəticələndi
Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI
Çox yaşamaq istəsəniz
Hacıqabulda sərnişin avtobusu aşdı - 30-dan çox yaralı var - YENİLƏNİB