Azərbaycan problemlə üzləşə bilər - Ermənistana təzyiqlər artacaq
"Azərbaycanın BRİKS-ə qoşulması və Şanxay Əməkdaşlıq Təşkilatında mövqeyini möhkəmləndirməsi Bakının Çin, Rusiya və Avrasiyanın digər aktorları ilə iqtisadi və siyasi əlaqələrini genişləndirəcək".
KONKRET.az xəbər verir ki, bunu iranlı ekspert Ehsan Movəhhediyan yerli mediaya açıqlamasında deyib.
O bildirib ki, Çinin Avropaya tək quru yolu kimi "Orta Dəhliz"ə artan marağı Azərbaycanın Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistana basqılarını artıra bilər:
"İran-Ermənistan sərhədini kəsməklə bağlı narahatlığı neytrallaşdırmaqla bölgədə Rusiya-Çin-Türkiyə əməkdaşlığının möhkəmlənməsi mümkündür. Bu proses davam etsə, Qərbin Cənubi Qafqazda təsiri çox azalacaq. Habelə Azərbaycanın Şərqə və Qərbə qarşı çevik xarici siyasət yürütmək səyləri qısa müddətdə ölkənin regional və qlobal güclər üçün geoiqtisadi əhəmiyyətini artıracaq. Qafqazda müxtəlif sahələrdə Hindistan, Çin, Rusiya və İranın maraqları fərqlidir və Azərbaycan onların mübahisələrinə qarışsa, öz maraqlarını təmin etməkdə problemlərlə üzləşə bilər".
Məlik,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri
Gəncədə 34 yaşlı kişi bıçaqlandı
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Bərdədə qadın evində ölü tapıldı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub