Azərbaycan Qarabağ ermənilərinə bu hüquqları verəcək - Yeni sənəd yayıldı
Separatçı Tiqran Petrosyan özünün "Facebook" səhifəsində Qarabağ ermənilərinin inteqrasiyası layihəsi olduğu iddia edilən sənəd yerləşdirib.
KONKRET.az xəbər verir ki, tanınmamış "DQR" nümayəndəsinin sözlərinə görə, layihəni iyulun 25-də xarici işlər naziri Sergey Lavrov təqdim edib.
Sənəddə diqqət çəkən məqamlardan biri erməni əhalisinə dövlət dili olan Azərbaycan dili ilə yanaşı, erməni dilində rəsmi yazışmalar, erməni dilində yol işarələri, həmçinin erməni dilində orta və ali təhsil imkanlarının təklif edilməsidir.
Həmçinin sənəddə erməni əhalisi ilə bağlı respublika, rayon və bələdiyyə səviyyələrində qərarların işlənib hazırlanmasında və qəbulunda onların iştirakının təmin olunmasına dair müddəaların yer aldığı bildirilir.
Qeyd edək ki, rəsmi Bakı sözügedən sənədin mövcudluğa ilə bağlı indiyə kimi hər hansı bir açıqlama verməyib. Amma Azərbaycan Qarabağ ermənilərinin inteqrasiyasında maraqlı olduğunu, onların hüquq və azadlıqlarının ən yüksək səviyyə qorunacağını dəfələrlə bəyan edib. Separatçı rejim isə müxtəlif bəhanələrlə müzakirələrdən yayınmaqla bölgəyə daimi sülhün gəlməsində maraqlı olmadığını nümayiş etdirib.//Yenisabah
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ