"Azərbaycan qaz bazarında Avropanın etibarlı tərəfdaşı və dostudur
"Azərbaycan qaz bazarında Avropanın etibarlı tərəfdaşı və dostudur".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın "El Pais" nəşrinə müsahibəsində bildirib.
"Hamımız bilirik ki, bəzi ölkələrin enerji strategiyalarına dair verdikləri bir sıra qərarlar üzündən Avropada təbii qaza tələbat artacaq. Bütün infrastruktur işlərini başa vurmuş ölkə olan Azərbaycan burada Avropanın etibarlı tərəfdaşı, dostudur. Təsəvvür edin, Bakıdan İtaliyaya qədər 3500 km-lik qaz kəmərinin bir hissəsi dəniz dibindədir. Hamısı tikilib, qaz da gedir. İndi qarşımızda duran məsələ Avropa Komissiyası ilə, Avropa İttifaqının üzv ölkələri ilə, bizdən daha çox qaz almaq istəyənlərlə, yaxud yeni alıcılarla yaxından əməkdaşlıq etmək, danışıqlara başlamaqdır", – dövlət başçısı deyib.
Prezident qeyd edib ki, Azərbaycanın böyük təbii qaz ehtiyatları var və Avropaya kifayət qədər qısa nəql marşrutu var.
Prezident İlham Əliyev Rusiya qazı ilə rəqabətə dair suala cavab verərkən vurğulayıb ki, rəqabət məsələsi çox şişirdilib və əsassız olaraq siyasiləşdirilib: "Bizim qaz tədarükümüz Rusiya ilə rəqabət apara bilməz".

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR