Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb

Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıbAzərbaycan və qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə çox sıx tellərlə bağlıdırlar. İki xalq arasında münasibətlər tarixin dərinliklərinə gedib çıxır. Qırğızıstanda 20 mindən çox azərbaycanlı yaşayır, onlar milli adət-ənənələrimizin, mədəni irsimizin zənginləşməsində sanballı töhfə vermişlər. Hər iki ölkə keçmiş ittifaq dövründə də bir-biri ilə mehriban əlaqələr qurmuş, iqtisadi və mədəni sahədə çox yaxın olmuşdur. Müstəqilliyin ilk illərində Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər qurulsa da, yaxın təmaslar olmayıb. İkitərəfli münasibətlərin genişlənməsində Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri böyükdür. Onun iradəsi sayəsində ölkələrimiz arasında 25 il əvvəl Dostluq və Əməkdaşlıq Haqqında Müqavilə imzalanıb və bu sənəd siyasi-iqtisadi, humanitar əlaqələrin inkişafı üçün dərin təməl qoyub.
Azərbaycan dövlətinin uğurlu xarici siyasəti ölkəmizin beynəlxalq aranada nüfuzunu daha da artırıb. Dünyanın supergücləri və nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın apardıgı müstəqil siyasəti qəbul edir, bir çox beynəlxalq məsələlərin həllində Azərbaycanın mövqeyi ilə razılaşırlar. Ölkəmiz sistemli diplomatik əlaqələr qurmaqla, həmçinin bütün türkdilli dövlətlər arasında da səmimi dostluq və qardaşlıq münasibətlərinin formalaşması, eləcə də qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsi istiqamətində önəmli addımlar atır. Təbii ki, bu əlaqələrin inkişafını stimullaşdıran əsas amillərdən biri də ölkələrin dövlət başçıları səviyyəsində baş tutan səfərlərdir. 
Bugün Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində on sənəd imzalanıb. İmzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bəyan etdiyi kimi bizim aramızda əsil qardaşlıq var, tam qarşılıqlı anlaşma var və hər bir məsələdə daha dərin strateji təmaslar quracağıq.
Azərbaycan və Qırğız xalqlarını birləşdirən ortaq mədəni irsin və ortaq tarixin mövcud olması qarşılıqlı əlaqələrin formalaşmasında mühüm rol oynayır. Əməkdaşlıq imkanlarının müzakirəsi imkan verir ki, dost ölkənin iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər. 
Xalqlarımız ortaq mədəni irs və ortaq tarixə malik xalqlardır. Məhz  Azərbaycanla Qırğızıstanı birləşdirən bir çox ortaq dəyərlər ölkələrimizin starteji tərəfdaş olmasını şərtləndirən əsas səbəblərdəndir. Dövlətlərarası münasibətlərdə humanitar sahə həmişə mühüm yer tutub. Bu sahədə mühüm əlaqələri olan ölkələrimiz mütəmadi olaraq qarşılıqlı təşəbbüslərlə çıxış edir və bir-birini dəstəkləyirlər. Azərbaycanın qədim şəhəri Şuşanın  gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünün Qırğızıstan tərəfindən dəstəkləməsi də deyilənlərə əyani sübutdur. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun səfəri zamanı imzalanmış sənədlərə əsasən ölkələrimiz arasında münasibətlər bundan sonra daha da inkişaf edəcək və hər iki ölkənin iqtisadi imkanlarının güclənməsinə əlavə töhfə olacaqdır.
Naftalan şəhər sakini    Arzu Məmmədov

Siyasi       Tarix: 23 aprel 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd


son xeberler azerbaycan xeberleri yeni xeberler xankendi ən son xəbərlər bugün xeberler xəbərlər.com