Azərbaycan qızıl bazarında vəziyyət: Qiymətlər necə dəyişəcək?

Azərbaycan qızıl bazarında vəziyyət: Qiymətlər necə dəyişəcək?Rusiya və Ukrayna arasında baş verən hərbi əməliyyatlar birjada təkcə neft-qaz məhsullarına deyil, eləcə də qızılın qiymətinə təsir göstərir. Qızılın qiymətinin qalxması zərgərlik məmulatlarının qiymətinə necə təsir edib və bu sahədə ölkəmizdə vəziyyət necədir?
KONKRET.az xəbər verir ki, "Report"un mövzu ilə bağlı suallarını cavablandıran Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev deyib ki, həqiqətən də Ukraynada baş verənlərin fonunda yaşanan böhranla əlaqədar xam qızılın qiyməti son iki həftədə hissedilən dərəcədə qalxıb:
"Dünən xam qızılın bir qramının qiyməti 66 ABŞ dollara qədər qalxmışdı. İki həftə öncə isə bu qiymət 60-61 ABŞ dolları civarında idi. Sözsüz ki, bu hazırlanan zərgərlik məmulatlarının qiymətinə böyük təsir göstərir. Çünki bu məmulatlarda qiymət əsasən xammaldan asılıdır.
Başqa bir təsir isə Rusiyadan Azərbaycana kifayət qədər zərgərlik məmulatlarının idxal olması ilə bağlıdır. Doğrudur, bu əməliyyatlar zamanı yerli valyutadan (rubldan) istifadə olunduğu üçün təsir o qədər də hiss olunmur. Amma böhranın sürəcəyi dövrdən asılı olaraq təsirin səviyyəsi də dəyişə bilər".
Qarşıdakı 1-2 ay ərzində dəqiq söz deməyin mümkün olacağını açıqlayan T.Abbasquliyev hazırda Azərbaycanda qızıl bazarında hökm sürən vəziyyətə də aydınlıq gətirib:
Azərbaycan qızıl bazarında vəziyyət: Qiymətlər necə dəyişəcək?"Bazara nəzər salsaq, qiymətlərlə bağlı belə bir bölgü görə bilərik: konkret brend altında istehsal olunan məhsulların qiyməti dəyişilməz qalır, topdan alınan qızıl məmulatlarının qiyməti isə birjaya uyğun olaraq formalaşır. 60-66 ABŞ dolları arasındakı fərq pərakəndə qiymətə təsirsiz ötüşə bilməz".
Zərgər Camal Qasımlı da hazırda qızıl bazarında qiymətlərin yüksəldiyini deyib:
"Təxminən, 3-4 gün olar ki, qiymətlər artmağa başlayıb. Qızılın qramında 3-4 manat, yəni 2 ABŞ dolları artım baş verib. Hələlik zərgərlik məmulatlarında qiymətlər eyni qalıb. Əvvəl qızılın bir qramını 85 manata satırdıqsa, indi onun dəyəri 90 manata kimi qalxıb. Amma onu hələlik 85 manata satırıq. Yəni bazar qiymətləri stabil olaraq qalır. Amma qızılın qiyməti çox qalxarsa, biz də o qiymətlə satmağa məcbur olacağıq.
Azərbaycan qızıl bazarında vəziyyət: Qiymətlər necə dəyişəcək?Bazarda qızılın qramının qiyməti hər gün 0,60-0,90 manat qalxır".
Qeyd edək ki, Nyu-Yorkun "Comex" birjasında qızılın aprel fyuçersləri 0, 99 %, yaxud 20,25 ABŞ dolları bahalaşaraq, 1 unsiyası 2 063,55 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 1,28 % artaraq, 1 unsiyası 27,24 ABŞ dolları təşkil edib.
Rusiya və Ukrayna ətrafında cərəyan edən hadisələr fonunda investorların qızılın da daxil olduğu etibarlı aktivlərə maraq göstərməsi tələbi dəstəkləyir. Bu şəraitdə qızıl artıcıl 5 ticarət sessiyası ərzində 7 %-dən çox bahalaşıb.

Sosial       Tarix: 10 mart 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


azerbaycan xeberleri yeni xeberler son xeberler bugünkü son xəbərlər cəbhədən ən son xəbərlər butun xeberler valyuta mezennesi banklar