"Azərbaycan qlobal iqlim aktını ardıcıl olaraq dəstəkləyir" - İlham Əliyev
"Azərbaycan qlobal iqlim aktını ardıcıl olaraq dəstəkləyir və enerji səmərəliliyi üzrə müxtəlif tədbirlər həyata keçirir".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "X" hesabında bildirib.
"Təmiz ətraf mühit və yaşıl inkişaf milli prioritetlərimizdəndir. Azərbaycanda bərpa olunan enerji geniş vüsət alır. 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasına ev sahibliyi etmək, iqlim dəyişikliyinin öhdəsindən gəlmək üçün qlobal səylərə töhfə vermək bizim qətiyyətimizdən irəli gəlir. Azərbaycanın təklifinə dəyərli dəstəyə görə bütün ölkələrə səmimi təşəkkürümü bildirirəm. Biz COP29-u uğur hekayəsinə çevirmək üçün səylərimizi əsirgəməyəcəyik.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Mohamed bin Zayed Al Nahyana tədbirin gözəl təşkilinə görə təşəkkür edir və iqlimlə bağlı tədbirləri inkişaf etdirmək üçün birlikdə işləməyi səbirsizliklə gözləyirik", – deyə dövlət başçısı bildirib.


"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi