Azərbaycan quru sərhədlərini açır? - AÇIQLAMA

Azərbaycan quru sərhədlərini açır? - AÇIQLAMA"Azərbaycan tezliklə quru sərhədlərini açmalıdır. Bu olsa, ölkəyə turist axını 2 dəfə artar. Turistlər təkcə bayram günlərində deyil, adi günlərdə də ölkəmizə səfər edərlər".
azxeber.com xəbər verir ki, bunu "Report"a açıqlamasında qarşıdan gələn Ramazan və Qurban Bayramlarında Azərbaycana turist cəlb etmək üçün görülməli olan işlərlə bağlı danışan "Azərbaycan Turizm Assosiasiyası" (AzTA) İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanov deyib.
Onun fikrincə, quru sərhədlərinin bağlı olması bütün ölkələrdən, o cümlədən müsəlman ölkələrindən Azərbaycana turist axınının qarşısını alır.
"Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 2020-ci ildən bütün dünyada turistlərin sayında ciddi azalma baş verdi. Ötən il və bu il turist sayında artım olsa da, göstəricilər hələ ki, 2019-cu ilin səviyyəsinə çatmayıb. Mərhələli şəkildə sərhədlər açıldıqca turistlərin də sayı artacaq və əvvəlki rekordları görmək imkanımız olacaq.
Hazırda ölkəmizə turistlər bayramlarda, özəl günlərdə və yay mövsümündə gəlir. Qarşıdan Ramazan və Qurban bayramlarının gəldiyini, onların da müsəlman dünyasının müqəddəs bayramları olduğunu nəzərə almalıyıq. Müsəlmanlar bu bayramları yüksək səviyyədə qeyd edir, həmçinin digər ölkələrə səfər edirlər.
Düşünürəm ki, qarşıdan gələn bayram günlərində yenə də bizə ərəb ölkələrindən turistlər gələcək. Hansı ki, bu vaxta qədər sərhədlər bağlı olduğu üçün gələ bilmirdilər. Artıq Azərbaycan öz hava sərhədlərini 70-dən artıq ölkəyə açıb. Bu ölkələr sırasında da Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı və başqa ərəb ölkələrini adı var. Hesab edirəm ki, Ramazan və Qurban bayramlarında bu ölkələrdən turistlər daha çox gələcək.
Təbii ki, qardaş Türkiyə ilə gediş-gəlişdə bir çox rahatlıqlar əldə etdiyimiz, hətta şəxsiyyət vəsiqəsi ilə gedib-gəlməyin mümkün olduğu üçün Türkiyədən də qonaqlar gözləyirik. Artıq mövcud şəraitdə bu tendensiyanı müşahidə edirik. Əvvəllər azərbaycanlılar Türkiyəyə getməyə can atırdı, amma indi qardaş ölkənin vətəndaşlarının da ölkəmizin turizm məkanlarını görməyə marağı artıb. Bu isə türk turistlərin sayının artması ilə nəticələnib.
Bayram günləri ölkəmizə gəlişini gözlədiyimiz turistlər sırasında qonşu İrandan olan turistlər də var. Novruz bayramı ərəfəsində İrandan Azərbaycana turist axını əvvəlki illərə nisbətən az oldu. Bunun bir neçə səbəbi var. Bunlardan biri təbii ki, qeyd etdiyimiz pandemiya şəraitidir. İnsanlarda hələ də virusa yoluxma qorxusu var və bu səbəbdən də müəyyən kəsim insanlar səyahət etməkdən çəkinirlər.
Digər səbəb isə dünyadakı geosiyasi vəziyyətlə bağlıdır. Bu, insanları bir qədər narahat edir. Hazırkı böhran, müharibə həm insanların gəlirlərinə təsir edir, həm də başqa ölkələrə səfər etməkdən çəkindirir.
Düşünürəm ki, hazırda quru sərhədlərimizin bağlı olması da iranlı turistlərin ölkəmizə az gəlməsinə səbəb olan səbəblərdəndir. Çünki bu ölkədən ölkəmizə gələn turistlər əsasən şəxsi nəqliyyat vasitəsi ilə ölkəmizə səfər etmək onlara daha çox sərf edirdi. Hazırda isə quru sərhədləri bağlı olduğu üçün onlar yalnız hava nəqliyyatı vasitəsi ilə Azərbaycana gələ bilirlər. Bu isə bir çox iranlı turistlərin büdcəsinə uyğun olmadığı üçün İrandan Azərbaycana gələnlərin sayı da azalıb", - deyə o, qeyd edib.
"Əgər pandemiya dövründə ölkəyə giriş-çıxış üçün həm vaksin pasportu, həm də PCR testi tələb edilirdisə bir müddət əvvəl bu tələblərdən biri ləğv edildi. Hesab edirəm ki, PCR testinin verilməsi ilə bağlı tələbin ləğvi yerində və doğru verilmiş qərar idi. Məhz bu qərar ölkəmizə gələcək turistlərin sayının artması üçün daha çox münbit şərait yaradacaq", - deyə Ə.Qurbanov əlavə edib.
Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 246 277 turist səfər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.
Rüblük göstəricinin 95 844-ü mart ayının payına düşüb. Bu da 1 il əvvələ nisbətən 2,1 dəfə çoxdur.
2022-ci ilin yanvar, fevral və mart aylarında 2021-ci ilin eyni dövrünə nisbətən turistlərin sayında müvafiq olaraq 105%, 112% və 112% artım qeydə alınsa da, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 61%, 56% və 61% geriləmə olub. Başqa sözlə, turist sektoru koronavirus (COVID-19) pandemiyasından əvvəlki göstəricini bərpa edə bilməyib.

Sosial       Tarix: 19 aprel 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


son xeberler azerbaycan xeberleri yeni xeberler bugun xeberler son.xeber son xabarlar azerbaycan son xeber bugun