"Azərbaycan - Rusiya münasibətləri normallaşma mərhələsinə keçib" - Siyasi şərhçi

Xəbər verdiyimiz kimi, bu gün Rusiya prezidenti Vladimir Putin İlham Əliyevə zəng edib. 
Düşənbədə keçirilən MDB sammitindən sonra Rusiya və Azərbaycan arasında bir sıra aktual ikitərəfli məsələlər müzakirə olunub. Tərəflər ticarət-iqtisadi əlaqələrin inkişafı və enerji, nəqliyyat və logistika sahələrində birgə layihələrin həyata keçirilməsinə sadiqliklərini bir daha təsdiqləyiblər. 
Siyasi şərhçi Asif Nərimanlı azxeber.com-a deyib ki, Azərbaycan və Rusiya münasibətlərdə Düşənbə görüşündən sonra böhranın arxada qaldığını görürük:
"Görüşdən əvvəl isə Azərbaycan təyyarəsinin vurulması məsələsi iki tərəfli münasibətlərdə ciddi problemlər yaratmışdı. Vəziyyətin bu həddə çatmasının əsas günahkarı Rusiya idi. Azərbaycanın məqsədi isə Rusiya ilə münasibətləri pisləşdirmək yox, vurulan təyyarə ilə bağlı tələblərin yerinə yetirilməsi, günahkarların cəzalandırılması idi. Düşənbə görüşündə Putin bu məsələləri rəsmi olaraq qəbul etdiyini bildirib. Münasibətlərin bu həddə çatmasında Rusiyada Azərbaycanın qarşı qüvvələrinin də rolu olduğu görünür. Bu vəziyyət Rusiyanın Cənubi Qafqazdakı mövqelərinə ciddi problemlər yaratmışdı".
Ekspert deyib ki, sözügedən telefon danışığı tərəflər arasında əvvəlki səviyyədə əlaqələrin bərpasına start verib: 
"Bu zəngdə iki tərəfli münasibətlər, həm regional, həm də beynəlxalq məsələlər müzakirə olunub. Rusiya üçün əsas məqsəd, təyyarə böhranından sonra yüksək səviyyədə əlaqələri bərpa etmək, həmçinin Cənubi Qafqazdakı mövqelərini gücləndirməkdir. Ukrayna müharibəsindən və AZAL-ın təyyarəsinin vurulmasından sonra bölgədə Rusiyanın mövqeləri zəifləyib. Rusiya regionda kommunikasiyaların açılmasında iştirakını təmin etməyə çalışır. Rusiya əvvəllər Cənubi Qafqazı öz nəzarəti altında saxlamaq niyyətində idi, lakin Vaşinqton razılaşması bu imkanları məhdudlaşdırdı. Buna baxmayaraq, Rusiya reallıqlar çərçivəsində mövqelərini gücləndirmək və Şimal-Cənub nəqliyyat dəhlizində iştirak imkanlarını artırmaq istəyir. Bu, həm yeni bazarlara çıxmaq, həm də siyasi və iqtisadi müttəfiqlər qurmaq baxımından vacibdir. Bu nəqliyyat dəhlizi təbii olaraq Azərbaycandan keçir".
A.Nərimanlı qeyd edib ki,  Azərbaycan-Rusiya münasibətləri normallaşma mərhələsinə keçib:
"Azərbaycan-Rusiya münasibətləri normallaşma mərhələsinə keçib və bundan sonra ciddi problemlərin yaranacağı gözlənilmir. Rusiya Azərbaycana ehtiyatlı yanaşacaq və bu siyasət çərçivəsində münasibətləri davam etdirəcək".
Şahanə Ziyad

Siyasi       Tarix: 25 oktyabr 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa


son xeberler yeni xeberler azerbaycan xeberleri xabar az xabarlar son.xeber xeberler bu gun