Azərbaycan Rusiya üçün bu ölkələrə ən qısa yoldur – Overçuk

Azərbaycan Rusiya üçün bu ölkələrə ən qısa yoldur – OverçukRusiya, Azərbaycan və İran yeni Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin və bu Dəhlizin Qərb marşrutunun formalaşdırılmasında maraqlıdır.
KONKRET.az xəbər verir ki, bunu APA-ya eksklüziv açıqlamasında Rusiya Baş nazirin müavini Aleksey Overçuk bildirib.
Rusiya Baş nazirin müavini deyib ki, burada söhbət həm dəmir yolu, həm də avtomobil nəqliyyatından gedir. Hər üç ölkə hər biri öz ərazisində bu böyük layihəni həyata keçirmək üçün səy göstərir: "Bu layihə həqiqətən qlobal əhəmiyyət kəsb edir. Çünki biz bu gün dəyişən dünyada yaşayırıq, iqtisadi mərkəz Qərbdən Şərqə və Cənuba doğru yer dəyişir. Buna görə də, biz Rusiyada Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini rusiyalı ixracatçılar üçün sürətlə inkişaf edən Qlobal Cənubun bazarlarına çıxış imkanı olaraq nəzərdən keçiririk. Əlbəttə, biz bu ölkələrdən məhsul idxalında da maraqlıyıq. Bu səbəbdən biz maraqlıyıq ki, rusiyalı ixracatçılar bu bazarlara çıxmaq üçün daha əlverişli rəqabət şəraitinə malik olsunlar. Azərbaycan və İran elə coğrafiyada yerləşirlər ki, bu, bizim üçün Asiya və Afrika ölkələrinə, Fars körfəzinə ən qısa yoldur. Biz əslində bu dəhlizin, bu nəqliyyat dəhlizinin tikintisi ilə məşğuluq. Biz uzun müddətdir, təxminən yarım ildir bu görüşü planlaşdırdıq və nəhayət, bu görüş baş tutdu".
Aleksey Overçuk oktyabrın 13-də Bakıda Azərbaycan Baş nazirin müavini Şahin Mustafayev, İran yol və şəhərsalma naziri Fərzanə Sadiq və Rusiya tərəfindən özünün rəhbərlik etdiyi nümayəndə heyətlərinin görüşündə çox əhatəli məlumat mübadiləsi oldunu söyləyib: "Hər ölkə öz nümayəndə heyətinin rəhbəri digər tərəfdaşları öz ölkələrində həyata keçirilən təşəbbüslərlə tanış etdi. Həmçinin biz sahələr üzrə mütəxəssislərimizi, Şimal-Cənub Nəqliyyat Dəhlizində bu və ya digər sahəyə cavabdeh olan qurumların rəhbərlərini dinlədik. Bəzi xüsusi məqamlar var, biz bunları görürük və anlayırıq ki, ölkələrimizin rəhbərliyinin qarşıya qoyduğu məqsədlərə çatmaq üçün müvafiq addımlar atılmalıdır. Xüsusilə də, biz 2030-cu ilə qədər Şimal-Cənub vasitəsilə 15 milyon ton yük daşınmasının təmin olunmasına çalışırıq. Bu çox ciddi göstəricidir, hər üç ölkədən ciddi hazırlıq, üç ölkənin koordinasiyalı fəaliyyətini tələb edir. Biz anlamalıyıq ki, bu marşrut boyunca belə bir yük dövriyyəsini təmin edəcək infrastruktur olacaq. Buna görə də bu ümumi məqsədə birgə nail olmalıyıq. Biz həm Rusiyada, həm Azərbaycanda, həm də İranda hansı işlərin görüldüyünü görürük. Biz İranda iranlılarla birlikdə Astara və Rəşd arasında 160 kilometrdən bir qədər uzun dəmir yolu xəttinin tikintisi üzərində çalışırıq. Eyni zamanda, biz bilirik ki, İranda bu marşrut boyu bəzi dar yerlər var ki, onlar da genişləndirilməlidir. Biz bilirik ki, Azərbaycan bu böyük ümumi məqsədə nail olmaq üçün öz dəmir yolu infrastrukturunun modernləşdirilməsi istiqamətində çox böyük səylər göstərir. Biz razılaşdıq ki, müvafiq sahəvi quruların rəhbərlərinin müavinləri səviyyəsində işçi qruplar yaradaq və bu işi koordinasiya etsinlər. Razılaşdıq ki, hər altı ayda bir toplaşaq və baxaq ki, nələri etmişik, hansı problemlər var, layihə ilə bağlı irəli getmək üçün hansı problemlərin daha yüksək səviyyədə həllinə ehtiyac var".
Rusiya Baş nazirin müavini Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin avtomobil yolu hissəsi ilə əlaqədar Azərbaycanın gördüyü işlərə diqqət çəkib: "Biz Azərbaycanın Rusiya sərhədindən İran sərhədinə qədər yük daşımaları üçün ən yaxşı şəraiti təmin etmək məqsədilə avtomobil yoluna böyük investisiyalar qoyduğunu görürük. Müasir yolları, müasir keçid məntəqələrini görürük, bunlar müştəriləri cəlb etməyə yönəlib. Rusiya tərəfdə də müasir keçid məntəqələri qurulur, yol infrastrukturu yaxşılaşdırılır, şəhərlərin ətrafında keçən dairəvi yollar salınır ki, yük axını şəhərlərə daxil olmasın. Əlbəttə, biz İran tərəfində də bizim yük daşıyıcılarımız üçün yaxşı şəraitin yaradılmasını çox maraqlıyıq. Bu gün İranda olduğumuz zaman, oradakı tıxacda çoxsaylı yük maşınlarının böyük əksəriyyətinin Rusiya qeydiyyatı olduğunu gördük. Təbiidir ki, biz istəyirik ki, bu maşınların sərhədi daha sürətli keçmək imkanı olsun. Təbii ki, bütün təhlükəsizlik prosedurları və tələblərini gözləyərək. Ancaq biz yük daşıyıcılarımız üçün ən yaxşı şəraiti yaratmağa çalışırıq".
Aleksey Overçuk Bakıda keçirilən görüşlərdə mövcud problemlərin üç ölkə formatında həll edilməsi qərarına gəldiklərini açıqlayıb: "Bunun üçün mütəmadi görüşlər keçiriləcək, problemlər müəyyən ediləcək və onların həlləri tapılacaq. Buna görə də, biz hesab edirik ki, dünən və bu gün keçirilən üçtərəfli görüşlər nəticəsində gələcəkdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin effektiv beynəlxalq dəhlizə çevrilməsinə çalışmaq üçün mexanizmlər formalaşdırmağa nail olmuşuq. Yəni bu dəhlizdən daşıyıcılar daha çox istifadə etməyə çalışsınlar. Rusiya, Azərbaycan və İran bunda maraqlıdırlar. Buna görə də biz hesab edirik ki, bu görüş çox məhsuldar oldu".

Siyasi     Baxılıb: 135   Tarix: 15 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Bu, ABŞ və İsrail üçün "bataqlıq" olacaq - Netanyahuya TƏRS SİLLƏ

Yaxın Şərqdə artan gərginlik fonunda İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən səsləndirilən son bəyanatlar diqqət mərkəzinə çevrilib. Onun İranla bağlı quru əməliyyatını istisna etməməsi regionda yeni hərbi eskalasiy

"Artıq heç bir təmkin nümayiş etdirməyəcəyik" - Əraqçi

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ölkəsinin mülki və strateji obyektlərinə endirilən zərbələrlə bağlı kəskin xəbərdarlıq edib. xəbər verir ki, XİN rəhbəri bu barədə "X" hesabında paylaşım edib. Əraqç

ABŞ-nin antiterror mərkəzinin rəhbəri İran münaqişəsinə görə istefa verdi

ABŞ Milli Antiterror Mərkəzinin direktoru Co Kent istefa verdiyini açıqlayıb. KONKRET.azxəbər verir ki, o, bu barədə sosial şəbəkədə bildirib. Kent qeyd edib ki, İrana qarşı davam edən müharibəni dəstəkləmədiyi üçün vəzifəsində

DİQQƏT: ABŞ-ın İrana qurudan hücumu bu tarixdə reallaşa bilər

"Reuters" nəşri yazıb ki, Tramp administrasiyası İranda quru əməliyyatının genişləndirilməsi variantlarını da müzakirə edir. Hörmüz boğazını quru qoşunları ilə ələ keçirmək mümkündürmü?. Mövzu ilə bağlı -a açıqlam

"Müxalifət yeni "sentyabr müharibəsi" hazırlayır"— Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədəki müxalif qüvvələri hakimiyyətə gələcəkləri təqdirdə, yeni hərbi münaqişəni stimullaşdırmaqda ittiham edib. xəbər verir ki, bu gün keçirdiyi brifinqdə Paşinyan müxalifətin sül

"ABŞ-ın başı qarışıb, Ukrayna tək qalıb" - Müharibə ilə bağlı İLGİNC TƏFƏRRÜAT

"ABŞ-İsrail və İran arasında baş verən hərbi qarşıdurma birbaşa olmasa da, Rusiya–Ukrayna müharibəsinin gedişatına dolayı təsirlər göstərir. Məlumdur ki, Rusiya–Ukrayna müharibəsi başlayandan bəri Ukraynanın əsas dəstəkçilərində

Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıya rəsmi səfər ediblər

Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıya rəsmi səfər ediblər. xəbər verir ki, bu barədə İsveçin Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmə

ABŞ-ın İranla müharibədən sonrakı Yaxın Şərq PLANI: Tramp nələr edəcək?

ABŞ-ın Yaxın Şərqdə artan gərginlik fonunda verdiyi mesajlar beynəlxalq ictimaiyyətdə müzakirələrə səbəb olub. Xüsusilə, Donald Trampın Vaşinqtonun İranla mümkün müharibədən dərhal çıxacağını bildirməsi ilə yanaşı, bölgəd

Azərbaycanda bu məmurların, nazirlərin maaşı artırıldı - SİYAHI - RƏQƏMLƏR

Azərbaycanın bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşları müəyyən edilib. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanla bəzi dövlət orqanlarının rəhbərlərinin və onları


azerbaycan xeberleri son xeberler yeni xeberler idman xeberleri qurban bayrami 2026 azerbaycan son xeber bugun kriminal xeber