Azərbaycan, Rusiya və Ermənistan arasında danışıqlar tezliklə BAŞ TUTA BİLƏR
Azərbaycan, Rusiya və Ermənistan arasında danışıqlar tezliklə baş tuta bilər.
KONKRET.az xəbər verir ki, bu barədə cümə günü RİA Novosti Federasiya Şurasındakı mənbəyə istinadən məlumat yayıb.
"Federasiya Şurası gələn həftə Azərbaycan və Ermənistanla üçtərəfli parlamentlərarası dialoq aparmaq üçün danışıqlar qrupunun yaradılmasını müzakirə edəcək. Danışıqların özü də tezliklə baş tuta bilər, ola bilsin ki, noyabrda", – deyə parlamentin yuxarı palatasındakı mənbə bildirib.
Bundan əvvəl Rusiya, Azərbaycan və Ermənistan başçıları Rusiyanın vasitəçiliyi ilə dialoqun davam etdirilməsi üçün Bakı və İrəvan arasında müsbət atmosferin yaradılmasının vacibliyini qeyd edən birgə bəyanat imzalayıblar. Ölkələrin üçtərəfli parlamentlərarası əlaqələri də mühüm əhəmiyyət kəsb edir.
"Gələn həftə Federasiya Şurası Azərbaycan və Ermənistan qanunvericiləri ilə üçtərəfli parlamentlərarası dialoq aparmaq üçün danışıqlar qrupunun yaradılmasını müzakirə edəcək", – deyə mənbə bildirib.
O hesab edir ki, üçtərəfli görüş "tezliklə baş tuta bilər, ola bilsin ki, noyabrda". Məkan hələ müəyyən edilməyib.
Xuraman Etibarlı,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü