Azərbaycan Rusiyadan QORXUR? - 5-ci kolon İŞ BAŞINDADIR

Azərbaycan Rusiyadan QORXUR? - 5-ci kolon İŞ BAŞINDADIRSSRİ dövründə digər sosialist respublikalar kimi Azərbaycana da Çar Rusiyası xofu aşılanırdı. Yaxşı, bəs əgər Çar Rusiyası belə əzəmətli, vahiməli idisə ruslar onu niyə parçaladı?
KONKRET.azxəbər verir ki, Çar Rusiyası vahiməsi sovet ittifaqı dağılandan (qırmızı terror) sonra Rusiya xofu ilə əvəzləndi. Moskva bəzi postsovet ölkələrində qətliamlar törətməklə buna nail oldu.
Ən çox qorxu yansıtmaqları isə Azərbaycana qarşı olub. Təsdiq kimi 1920-lərdəki soyqırım, qanlı qiyam yatırtmalar, 1930-lardakı repressiyalar, II Dünya savaşından sonrakı sürgün və deportasiyaları göstərmək olar. 1988-ci ilin noyabrında Azadlıq meydanında milli dirçəlişi görən Qorbaçov xalqımızın gözünü qorxuda bilmədiklərini anladı və iki il sonra yanvarın 20-də Bakı qətliamını hazırladı. Bu xalq yenə qorxmadı. Ermənilər üçün Qarabağı işğal edəndə rusların törətdiyi soyqırımlar da xalqımızın gözünün odunu almadı.
5-ci kolon və ağ yalan
Özünü fakta söykənən, realist, fövqəlsavadlı sayan bəzi "rus azərbaycanlı"ları hər vəchlə Azərbaycan xalqındakı qətiyyəti axsatmağa çalışır. Elə 44 günlük müharibədən sonra şəhid və qazi ailələrinə münasibətdə qəsdən buraxılan məmur boşluqları bir xalqın döyüş ruhunu sındırmağa hesablanmışdı. Bəli, Azərbaycan müxalifəti kimi, iqtidarında da Rusiyanın 5-ci kolonunun üzvləri var. Bu qəlibdən olan deputatlar da "ivanuşka"nı pəhlivanlaşdırır, "Məlikməmməd"i isə cılızlaşdırır. Öz səviyyələrinə uyğun ən küt qorxu metodları da belədir:
"Rusiya nüvə ölkəsidir, elə sualtı torpeda buraxsa, Bakı Xəzərin altında qalar, camaat qırılar, neft-qaz yataqlarımız məhv olar".
Belə düşünən kütlərin arxasınca gedən kütlə də rusdan ürkməyə başlayır. Amma deyən yoxdur ki, hər raketin istifadə icazəsi və qadağaların tənzimləyən beynəlxalq konvensiyalar mövcuddur. Bakının neft-qazı hələ 1994-cü ildən "Əsrin müqaviləsi" ilə qorunur. Rus kamazının "bip"ini artilleriya atışı kimi beyinlərə soxmaq istəyənlər "BP"ni unudurlar.
Daha sonra bir faktı da diqqətə çatdıraq ki, Rusiya-Ukrayna müharibəsinin bu dəfəki etapının 1 illiyinə 3-4 ay qalıb. Döyüşlər təzə başlayanda "vovalar" çox mənəm-mənəm edirdilər ki, daha qısa vaxtda Azərbaycanın 44 günlük zəfərini kölgəyə salan daha böyük qələbə qazanacağıq. Bundan başqa, II Qarabağ müharibəsi gedən zamanda Rusiya rəsmiləri Ermənistan və Azərbaycan tərəfdən minlərlə insanın öldüyü xəbərini istehza ilə təqdim etmişdi ki, "biz heç 10 il ərzində (1979-89) Əfqanıstanda o qədər itki verməmişik". Yəqin belə "tripaşlıq"dan sonra 9 ay ərzində Ukraynada 70 minə qədər hərbçi itirmək Napaleon kələkçilərinə ağır gələr. Rusiyanın Azərbaycandakı 5-ci kolonu isə rusları yenə Axilles kimi məğlubedilməzləşdirir.
• Amma Axillesin də dabanı (zəif yeri) var idi
Rusların birinci Çeçenistan müharibəsində dovşan vəziyyətinə düşdüyündən danışmayan Kremlin Azərbaycandakı 5-ci kolonu camaatı 2008-dəki Rusiya-Gürcüstan müharibəsi ilə qorxudur. Ola bilər Saakaşvilinin strategiyası zəif olub, ya da ona qaz verən Qərb vəd etdiyi dəstəyi göstərməyib. Bircə Rusiyanın güclü olduğu üçün qələbə qazandığını deməyin. 1990-cı ilin 20 yanvarında Bakıda əliyalın camaata divan tutdular deyə ruslar güclüdür? Əksinə, acizdilər. Dirinin qanından qorxub qaçan, ölü qulaqlarını kəsən ermənilər də elə onların tayıdır.
Yazıda məqsəd Rusiyaya savaş elan etmək yox, Bakının Kremldən qorxduğunu yaymağa çalışan başqa ölkələrin 5-ci kolonlarına cavab verməkdir:
– Azərbaycanın əsas ixrac bazarı Rusiyadır. Şimal qonşumuz vaxtaşırı tərəvəz maxinasiyaları edir (bu yaxınlarda tonlarla pomidoru buraxmırdılar).
– Azərbaycanın taxıl məhsulları tələbatını Rusiya ödəyir.
Amma biz Avrasiya İqtisadi Birliyinə üzv olmuruq. Baxmayaraq ki, Rusiya vaxtaşırı iqtisadi məhdudiyyətlərlə hədələyir.
– Ermənistanla Azərbaycan 2 dəfə Qarabağ savaşı yaşayıb. Daha doğrusu, Bakı İrəvanın işğalçı siyasəti ilə qarşılaşıb və illər sonra lazımi cavabı verib. Ermənistan KTMT üzvü və hazırkı sədridir. Bu ölkə ilə savaş hansısa formada kollektiv təhlükəsizlik təşkilatının da münaqişəyə müdaxiləsinə səbəb ola bilər. Belə şantajların fonunda Azərbaycan həmişə KTMT üzvlüyünə dəvət olunub.
Lakin Bakı Kremlin bu dəvətini də xətdə saxlayıb.
– Şanxay Əməkdaşlıq Təşkilatı Qərbə müqavimət göstərə biləcək yeganə Asiya təsisatı hesab olunur. Çin və Rusiya kimi ölkələrin də yer aldığı təşkilatdan da Azərbaycana üzvlük dəvətnamələrinin ardı-arası kəsilmir. Bakı ilə ŞƏT arasında isə, sadəcə dialoq üzrə tərəfdaşlıq var.
Azərbaycan Qoşulmama Hərəkatına sədrlik və Türk Dövlətləri Təşkilatına üzvlüklə elə bir tarazlaşdırılmış xarici siyasət aparır ki, bizdən dəfələrlə böyük ölkələr, aparıcı ittifaqlar üçün irad yeri qalmır.
Sonda qeyd edim ki, Azərbaycanda Rusiyanın geniş əhatəli 5-ci kolonu var, ancaq Azərbaycan Rusiyadan qorxmur. Xatırladım ki, SSRİ-ni parçalayan ilk səbəb Qorbaçovun "Dağlıq Qarabağ Muxtar Vilayəti"ni ermənilərə vermək istəməsi və bu səbəbdən başlayan savaşdır. Azərbaycana qarşı növbəti təxribat isə Sovet İttifaqının indiki Federasiyasını da dağıtmağa qadirdir.
• İran da aqressivləşsə, parçalanacaq
KONKRET.az-ın Analitik Qrupu

Siyasi       Tarix: 30 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl


yeni xeberler azerbaycan xeberleri son xeberler sosial yardim iqtisadiyyat xeberleri bugun bugünki xəbərlər cəbhədən son görüntülər