Azərbaycan Sahibkarlar Konfederasiyası sahibkarlara müraciət etdi

Azərbaycan Sahibkarlar Konfederasiyası sahibkarlara müraciət etdiAzərbaycan Sahibkarlar Konfederasiyası sahibkarlara müraciət edib.
Milli.Az xəbər verir ki, Konfederasiyadan Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası dünyada yayılmış koronavirus (COVİD-19) xəstəliyinin ölkəmizdə qarşısının alınması üçün Azərbaycan dövləti tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirləri dəstəkləyir.
İnsan həyatı və sağlamlığının qorunması ilə əlaqədar tətbiq edilən bu tədbirlərin hər kəs üçün icrası vacibdir. Azərbaycan biznes ictimaiyyəti də cəmiyyətin və əməkdaşlarının sağlamlığının qorunması ilə əlaqədar ən mütərəqqi, humanist davranış nümayiş etdirir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tapşırıqlarına və tövsiyələrinə uyğun olaraq işəgötürənlər tərəfindən insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülür.
Təbii ki, Azərbaycan vətəndaşının sağlamlığı bütün məqsədlərin əsasında dayanır. Bununla yanaşı qeyd edə bilərik ki, tətbiq edilən məhdudiyyətlər ticarət, xidmət, turizm, nəqliyyat, logistika və bir sıra digər sektorlarda iqtisadi fəaliyyətin zəifləməsinə səbəb olub. Xüsusilə qeyd etmək istərdik ki, məhdudiyyətlərin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə təsiri daha da hiss ediləndir. Ona görə də bu qəbildən olan sahibkarların fəaliyyətini davam etdirilməsi, eləcə də iş yerlərinin qorunması üçün onların dəstəyə daha çox ehtiyacı var.
Artıq bir neçə gündür ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası üzvü olan bütün sahibkarlıq subyektləri ilə sıx təmas quraraq onların iqtisadi vəziyyətini monitorinq edir. Bu məqsədlə sahibkarlara yazılı sorğu ünvanlanmış və bir neçə qaynar xətt təqdim edilmişdir. Hazırda daxil olan sorğular toplanaraq təhlil olunur.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası hesab edir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizdə sahibkarlığın inkişafı üçün əlverişli biznes mühit formalaşmışdır. Hazırda koronavirus pandemiyasının dünya və ölkə iqtisadiyyatı üçün yaratdığı risklərin öhdəsindən dövlət-özəl əməkdaşlığı formasında gələ biləcəyimizə inanırıq. Bu məqsədlə də Sahibkarlar Konfederasiyası dövlətin sosial tərəfdaşı olaraq, təmsil etdiyi özəl sektora həmrəylik nümayiş etdirərək, çətinliklərin öhdəsindən gəlmək üçün birgə çıxış yolu tapmaqda aktiv olmağa çağırır.
Sahibkarlar Konfederasiyası olaraq, Konfederasiyanın üzvü olan bütün sahibkarları Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın bütün tapşırıqlarına dəqiq əməl etmələrini tövsiyə edirik.
Sahibkarların müraciətləri üçün əlaqə vasitələri:
E-mail: [email protected]
Sahibkarlarla iş və kommunikasiya şöbəsi: Mob: +994 51 229 97 22
Beynəlxalq əlaqələr və dayanıqlı inkişaf şöbəsi: Mob: +994 51 229 97 28
Hüquq və sosial tərəfdaşlıq şöbəsi: Mob: +994 51 229 97 24
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 19 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta mezennesi 2026 son xeber 2026 xəbərlər.com hava haqqinda