"Azərbaycan seçicisi üçün Avropa Parlamentinin seçkilərlə bağlı verəcəyi şərhin önəmi yoxdur" – Elçin Mirzəbəyli

Avropa Parlamenti Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün müşahidəçi göndərməyəcək.
Qurumun bununla bağlı yaydığı açıqlamanı təqdim edirik: "Biz seçki prosesini izləməyəcəyik və müvafiq olaraq nə prosesin özü, nə də nəticələr barədə şərh verəcəyik".
Son illər Azərbaycana qarşı qərəzli mövqe tutan Avropa Parlamentinin bu yanaşması gözlənilən idi. Dəfələrlə Azərbaycan əleyhinə qətnamələr qəbul etmiş AP-nin bu mövqeyi həm də ölkəmizə qarşı təzyiq metodu kimi düşünülüb.
Mövzuyla bağlı KONKRET.az-a açıqlama verən politoloq Elçin Mirzəbəyli bildirib ki, Avropa Parlamentindən fərqli yanaşma gözləmək doğru olmazdı:
"Avropa Parlamenti uzun illərdir, ayr-ayrı lobilərin maraqlarının təmin edildiyi fəaliyyət platformasına çevrilib. Burada Avropa İttifaqının ümumi maraqlarını ifadə edəcək konseptual yanaşmanın olmadığı açıq-aşkar görünür. Belə məqamlarda Azərbaycana qarşı qərəzli münasibət yürüdən ölkələr eyni mövqe sərgilətirlər. Ciddi şəkildə araşdırılsa bəlli olacaq ki, bu prosesin arxasında ya Fransa, ya Niderland, ya da  digər eyni siyasi kursun daşıyıcısı olan digər ölkələr dayanıb. Bu,o deməkdir ki, Avropa Parlamenti prosesi hər hansı formada izləmədən nəticələr barədə şərh vermək niyyətində deyil. Bunu təzyiq kimi dəyərləndirmək də doğru deyil. Çünki Avropa Parlamentinin ölkəmizə qarşı kifayət qədər qətnamə və bəyanatları olub. Bu da silsilə yanaşma kimi qəbul edilə bilər. Nəticə etibarı ilə bizə AP-nin hər hansı bir şərhi lazım deyil. Çünki bu şərhin necə olacağı indidən bəllidir. AP-nin Azərbaycanla bağlı qərarlarına və qəbul etdiyi qətnamələrə diqqət yetirsək, eyni tezislərinin hər dəfə təkrarlandığını görərik. Adətən mətn olduğu kimi qalır, bir çox hallarda, sadəcə, tarixi dəyişirlər və ya prosesdə iştirak edən qrupların rotasiya prosesi baş verir ki, qərəz daha qabarıq şəkildə nəzərə çarpmasın. Seçki prosesinin normal şəkildə həyata keçiriləcəyi və Azərbaycan xalqının iradəsinin ifadə olunacağı dəqiqdir. Azərbaycan vətəndaşı üçün AP-nin seçki nəticələri ilə bağlı şərh verib, verməyəcəyinin hansısa formada əhəmiyyəti yoxdur. Çünki Azərbaycan ərazi bütövlüyünə qənim kəsilən, suveren hüquqlarına qarşı çıxış edən, ölkəmizə qarşı şər-böhtan kampaniyası yürüdən təsisatın qərəzli mövqeyi bizim üçün önəmli deyil".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 18 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən canlı cəbhədən ən son xəbər xəbər xeber