Azərbaycan səfiri Ermənistan Xarici İşlər nazirinin yalanlarını dünyanın gözü önündə ifşa etdi
Azərbaycan səfiri Ermənistan Xarici İşlər nazirinin yalanlarını dünyanın gözü önündə ifşa etdi
Dünən Hanoy şəhərində Vyetnam Xarici İşlər Nazirliyi və BMT-nin birgə təşkilatçılığı ilə "Sülhün bərqərar olunmasında və qorunmasında qadınların rolunun gücləndirilməsi: öhdəliklərdən nəticələrə doğru" adlı Beynəlxalq Konfransın açılış mərasimi keçirilib.
Azərbaycanın bu ölkədəki səfirliyindən verilən məlumata görə, tədbir həm fiziki, həm də virtual formatda təşkil olunub və açılış mərasimində müxtəlif ölkələrin xarici işlər nazirləri və nazir müavinləri, BMT və digər beynəlxalq təşkilatların nümayəndələri, müxtəlif QHT-lərin təmsilçiləri və ekspertlər iştirak ediblər.
Tədbirdə Ermənistan xarici işlər naziri Ara Ayvazyan çıxış edərək, 27 sentyabr tarixindən etibarən Ermənistanın növbəti təcavüzünə cavab olaraq Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatı ilə bağlı məsələləri təhrif olunmuş şəkildə çatdırıb, doğru olmayan məlumatları tədbir iştirakçılarına təqdim edib, Azərbaycan və Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürüb.
Ermənistan Xarici İşlər nazirinin çıxışına cavab olaraq Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov söz almış və Beynəlxalq Konfransdan sui-istifadə edərək, Azərbaycan və Türkiyəyə qarşı ittihamların irəli sürülməsinin qəbuledilməzliyini vurğulayıb.
Ermənistan nazirinin ittihamlarını qətiyyətlə rədd edən səfir Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal olunmasının beynəlxalq ictimaiyyətə məlum fakt olduğunu vurğulayıb.
O, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan hərbi qüvvələrinin Azərbaycan ərazilərindən təcili, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin qəbul edildiyini, bu sənədlərin 27 il ərzində kağız üzərində qaldığını və diplomatik yolla onların həyata keçirilməsinə nail olunmadığını təəssüflə tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra səfir A.İmanov cari ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin davamlı pozulmaqlarına cavab olaraq 44 gün davam edən Vətən Müharibəsinin nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etdiyini və müvafiq qətnamələrin icrasının təmin edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
O, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhər və kəndlərini atəşə tutması nəticəsində dinc əhali, xüsusən də qadın və uşaqlar arasında böyük sayda həlak olan və yaralananların olduğunu bildirib. Həmçinin, səfir Xocalı soyqırımı barədə tədbir iştirakçılarına məlumat verib.
Çıxışın sonunda səfir Ermənistan rəsmilərini Azərbaycanı ittiham etmək əvəzinə güzgüyə baxmağa çağırıb. A.İmanov güzgüyə baxarkən onların hərbi cinayətkar görəcəklərini vurğulayıb. /oxu.az
Xidmetler [newsid: 0-123300]

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."