Azərbaycan səfiri etimadnaməsini Peru xarici əlaqələr nazirinə təqdim edib - FOTO
Azərbaycan səfiri etimadnaməsini Peru xarici əlaqələr nazirinə təqdim edib - FOTO
Azərbaycanın Perudakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov 25 mart tarixində videokonfrans formatında keçirilmiş mərasimdə etimadnaməsinin surətini Peru Xarici Əlaqələr naziri Allan Vaqner Tizona təqdim edib.
Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən verilən məlumata görə, görüş zamanı səfir ilk olaraq, A.V.Tizonun Peru xarici əlaqələr naziri vəzifəsinə təyin olunması münasibətilə onu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və öz adından təbrik edib.
Bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğunu deyən M.Talıbov, ənənəvi dostluq ruhunda inkişaf edən bu əlaqələrin hər zaman ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsiplərinə söykəndiyini vurğulayıb.
Ölkələrimiz arasında energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq, habelə ticarət dövriyyəsinin artırılması üçün böyük potensial olduğunu bildirib.
Ölkəsinin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini söyləyən Peru xarici əlaqələr naziri, M.Talıbovu Peruya səfir təyin olunması münasibətilə təbrik edib və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətindəki gələcək fəaliyyətində ona uğurlar arzulayıb.


Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına