Azərbaycan sərhədçilərini öldürən İran vətəndaşının cinayət işi məhkəməyə göndərildi

Azərbaycan sərhədçilərini öldürən İran vətəndaşının cinayət işi məhkəməyə göndərildiBu ilin may ayının 15-də Bərqi Həsənğuli Novruz oğlunun digər İran İslam Respublikasının vətəndaşları Əbdi Rəsul Zöhrab oğlu, Ağayi Əllahbəxş Bağış oğlu, Həsənzadə Huşəng Curi oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib sonuncudan külli miqdarda narkotik vasitə və psixotrop maddələr hesab edilən ümumilikdə külli miqdar təşkil edən 3947.755 qram heroini, 930 qram olan külli miqdarda metamfetamini, ümumilikdə külli miqdar təşkil edən 8.34 qram metadonu və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 2.157 qram olan narkotik vasitə tiryəki, habelə AK 74 markalı 2 ədəd odlu silahı və onun komplekt hissələri olan daraqları, çoxsaylı 7.62 və 5.45 mm-lik kalibrdə patronları və bir ədəd gecəgörmə cihazını əldə edib daşımaqla, İrandan Azərbaycan Respublikasının Yardımlı rayonu ərazisindən qaçaqmalçılıq yolu ilə ölkəmizin ərazisinə keçirərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara odlu silahdan atəş açaraq həmin Xidmətin 2 hərbi qulluqçusunu qəsdən öldürmələri faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Azxeber.com-a verilən məlumata görə, cinayət hadisəsinin iştirakçılarından biri – İİR-nın vətəndaşı Bərqi Həsənğuli Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, ( qabaqcadan əlbir olan bir qrup şəxs halında iki zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar ümumi təhlükəli üsulla qəsdən öldürmə), 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah, onun komplekt hissələrini, habelə külli miqdarda narkotik vasitələr və psixotrop maddələri satış məqsədilə əldə etmə və qaçaqmalçılıq yolu ilə keçirmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət sərhədinin qanunsuz keçmə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda İran vətəndaşı Bərqi Həsənğulinin yuxarıda qeyd edilən cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən onun barəsində cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İstintaqın gedişi zamanı 19 may 2021-ci il tarixdə saat 10:30 radələrində isə DİN-in Daxili Qoşunlarının və DSX-nin hərbi qulluqçularının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar qrupun üzvü-İran İslam Respublikasının vətəndaşı Ağayi Əllahbəxş Bağış oğlunun Yardımlı rayonunun Zevin kəndi ərazisində gizləndiyi yer müəyyən edilərək silahlı müqavimət göstərən zaman zərərsizləşdirilmiş, digər iki İran vətəndaşı barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarlar qəbul edilməklə axtarışları elan olunub.
Hazırda həmin cinayətin digər iştirakçılarının müəyyən edilməsi və bütün digər cinayət xarakterli fakt və məlumatlar üzrə cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaqı davam etdirilir.

Siyasi       Tarix: 04 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın


yeni xeberler azerbaycan xeberleri son xeberler qurban bayrami 2026 xeber saytlari beynelxalq bank mezenne xankendi