Azərbaycan Silahlı Qüvvələri Fərrux kəndinə tam nəzarət edir' - Bizə sülhməramlı lazımdır?

Azərbaycan Silahlı Qüvvələri Fərrux kəndinə tam nəzarət edir' - Bizə sülhməramlı lazımdır?Azərbaycan Silahlı Qüvvələri Fərrux kəndinə tam nəzarət edir.
Rusiya Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin Fərrux kəndi istiqamətində mövqelərini möhkəmləndirmələrindən narahatlığını ifadə edən açıqlama yayıb.
Açıqlamada iddia olunub ki, Azərbaycan "martın 24-dən 25-dək Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının müddəalarını pozaraq, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olub".
Rusiya Xarici İşlər Nazirliyi də bu açıqlamaya istinad edərək, etiraz bəyanatı yayıb.
APA-nın əldə etdiyi məlumata görə, hazırda Fərrux kəndi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Burda isə qeyri-adi heç nə yoxdur, çünki Fərrux da, digər ərazilər də Azərbaycanın torpaqlarıdır.
Qeyd etmək yerinə düşər ki, Rusiya sülhməramlılarının hazırkı mandatı qeyri-müəyyəndir. Rusiya MN-in iddialarının əksini sübut edən onlarla görüntü və video çəkiliş, mediada yayılan xəbərlərlə sübut etmək olar ki, məhz Rusiya sülhməramlıları özləri 10 noyabr razılaşmasının müddəalarına əməl etmirlər. Çünki üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən, qanunsuz erməni birləşmələri çoxdan ərazidən çıxarılmalı idi.
Biz isə ötən bir ildən artıq müddət ərzində sülhməramlıların onları bəslədiklərini, silahlandırdıqlarını və təlimlərlə ruhlandırdıqlarını görürük.
Sonuncu bir neçə həftədə erməni separatçıları Fərrux kəndi ətrafında mövqelərinin möhkəmləndirmək üçün səngərlər qazmaları barədə məlumatlar var idi. Bəs "sülhməramlılar" "öz dislokasiya zonalarında" buna necə reaksiya verirdilər? Siqaret çəkə-çəkə separatçıları seyr edirdilər. Bu, üçtərəfli bəyanatın pozulması deyilmi?
Rusiya sülhməramlılarının davranışı, eləcə də Rusiya mediasının hələ də terrorçuları "respublika" kimi təqdim etməsi, rəsmi medianın terrorçu Araikin "sərəncamlarını" tirajlaması 22 fevralda imzalanmış müttəfiqlik münasibətləri haqda bəyanata zidd hərəkətlərdir. Elə bu müqavilənin də separatizmə qarşı mübarizəni ehtiva edən müddəaları kobud şəkildə pozulur.
Və bütün bu baş verənlər bir sualı aktuallaşdırır. Missiyasını yerinə yetirməyən sülhməramlıya bu bölgədə ehtiyac varmı? Sülhməramlıların 2025-dən sonra, hətta daha tez müddətə ərazidən çıxarılması məsələsi gündəmə gəlməlidir.

Siyasi       Tarix: 27 mart 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler azerbaycan bu gune olan xeberler son xeberler bugun xeber.az bu gun