Azərbaycan şirkətləri Ukraynada karbohidrogen yataqlarının işlənməsində iştirak edə bilər
Azərbaycanla Ukrayna arasında ikitərəfli enerji əməkdaşlığının potensialı tükənməyib.
Milli.Az xəbər verir ki, bunu Trend-ə Ukraynanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Sergey Ştelyuk deyib.
O bildirib ki, bu baxımdan perspektiv istiqamətlərdən biri Azərbaycan şirkətlərinin Ukrayna ərazisində karbohidrogen yataqlarının işlənməsində, enerji obyektlərinin özəlləşdirilməsində iştirakı, eləcə də yeni infrastruktur layihələrinin reallaşdırılmasıdır.
S.Ştelyuk xatırladıb ki, 2020-ci il mayın 5-də Ukrayna baş nazirinin müavini Aleksey Reznikov, infrastruktur naziri Vladislav Krikli və "SOCAR Energy Ukraine" şirkətinin pərakəndə ticarət üzrə direktoru Sergey Kolençenko tərəfindən imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində "Çonqar" nəzarət-buraxılış məntəqəsində xidmət qovşağının tikintisi layihəsinin birgə reallaşdırılması nəzərdə tutulub.
Müşavirin sözlərinə görə, enerji sahəsi son dövrlərdə fəal inkişaf edən Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının aparıcı istiqamətlərindən biridir:
"Xüsusən, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ildən Ukraynanın neft emalı müəssisələri üçün əsas neft tədarükçüsüdür".
S.Ştelyuk bu kontekstdə SOCAR-ın Ukraynadakı fəaliyyətinin şaxələndirilməsini qeyd edib:
"SOCAR Ukraynanın pərakəndə neft məhsulları bazarının fəal iştirakçısıdır. Bu şirkətin brendi altında Ukraynanın bütün regionlarında 60-dan çox yanacaqdoldurma məntəqəsi işləyir. Son zamanlarda SOCAR Ukrayna qaz bazarının aparıcı operatoruna çevrilib".
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar