Azərbaycan startapları Beynəlxalq Startap Yarışmasında iştirak etməyə dəvət olunur

Azərbaycan startapları Beynəlxalq Startap Yarışmasında iştirak etməyə dəvət olunurİslam İnkişaf Bankı Qrupunun (IsDB Group) hər il İllik İnvestisiya Toplantısı ərəfəsində təşkil etdiyi Beynəlxalq Startap Yarışmasında Azərbaycan startapçıları da iştirak edəcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Milli.Az-a verilən məlumata görə, KOBİA Beynəlxalq Startap Yarışmasının Azərbaycan üzrə milli turunun rəsmi tərəfdaşıdır.
KOBİA bu gündən etibarən Beynəlxalq Startap Yarışmasının Azərbaycan üzrə milli turuna start verir. Startaplar sosial inkişaf, innovasiyalardan daha yaxşı istifadə, iqlim və ətraf mühitə təsir, məxfilik və məlumatların qorunması və startapın inkişafı kateqoriyaları üzrə yarışa qatıla bilər.
Yarışda aşağıdakı tələblərə cavab verən startaplar iştirak edə bilər:
• İşçilərinin və komanda üzvlərinin sayı 20-dək olan;
• Müvafiq kateqoriyalara uyğun gələn;
• Startapın minimum prototipinin və ya ideya/layihənin işlək modelinin olması (software, app, web service), mövcud istifadəçilərinin olması;
• Digər milli və beynəlxalq yarışlarda iştirak edənlərə üstünlük veriləcək.
Milli turda iştirak etmək istəyən yerli startaplar 7 sentyabr 2020-ci il tarixinədək bu keçidə daxil olmaqla qeydiyyatdan keçməlidir:
Əlaqələndirici: KOBİA-nın nümayəndəsi Asif Həsənov (+994 12) 404-04-01 (daxili 241).
Milli turun qalibi KOBİA, İslam İnkişaf Bankı və İllik İnvestisiya Toplantısının təşkilat komitəsinin üzvlərindən ibarət Münsiflər Heyəti tərəfindən cari ilin 10 sentyabr tarixində onlayn formatda elan olunacaq. Qalib startap Azərbaycanı 29 oktyabr 2020-ci il tarixində Dubayda keçiriləcək Beynəlxalq Startap Yarışmasında təmsil edəcək. Dubayda təşkil olunacaq yarış canlı formatda keçiriləcəyi təqdirdə milli təmsilçinin bütün xərcləri İslam İnkişaf Bankı tərəfindən qarşılanacaq. Beynəlxalq Startap Yarışmasında ümumilikdə 5 qalib seçiləcək və onların hər birinə 10 min ABŞ dolları məbləğində mükafat veriləcək.
Ümumilikdə Beynəxlaq Startap Yarışmasında dünyanın 80 ölkəsindən startapların iştirakı nəzərdə tutulur.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 01 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi


yeni xeberler son xeberler azerbaycan xeberleri hava haqqinda sou xeberler son xeber 2026 son xeberler bugun