Azərbaycan Texnologiya Universitetinin tələbəsi adam öldürdü - DETALLAR

Azərbaycan Texnologiya Universitetinin tələbəsi adam öldürdü - DETALLARGəncə şəhərində 2004-cü il təvəllüdlü Samir Hüseynov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı 1988-ci il təvəllüdlü Kamil Cəfərovu öldürüb.
Demokrat.az-ın məlumatına görə, Samir 2023-cü ilin aprel ayının sonundan, həmin il iyun ayının ortalarına qədər Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 114 ünvanında yerləşən marketdə fəhlə işlədiyi müddətdə qonşuluqda kafe işlədən tanışı Kamilin dəfələrlə kinayəli şəkildə onu təhqir etməsi və sonuncu dəfə iyunun 26-da, saat 20 radələrində söyüş söyməsindən hiddətlənib.
Samir bundan qəzəblənərək Kamilin sözlərini özünə təhqir, şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirib. O, Kamildən qisas alaraq onu öldürmək qərarına gəlib. Bir neçə dəfə Kamilin təxminən gecə 1 radələrində işlətdiyi kafeni bağladığını müşahidə edib.
Samir iyunun 27-də, gecə saat 1 radələrində Kamilin icarədarı olduğu kafeyə gəlib, kənar şəxslər olmasına görə niyyətini həyata keçirə bilməyəcəyini başa düşüb. O, münasib zaman və şərait əldə etmək üçün Kamilin yanına gəlmiş Fərid ilə birlikdə yemək yeyib söhbət edib. Həmin gün təxminən 2-3 radələrində sonuncu və müştərilər getdikdən sonra kafenin həyətində özü və işlədiyi marketin sahibi haqqında söylədiyi fikirlərə iradını bildirib. Aralarında şəxsi münasibətlər zəminində münaqişə zamanı sanitar qovşağının girişində - sonuncunun özünü müdafiə imkanlarını məhdudlaşdıran dar sahədə bıçaqla çoxsaylı zərbələr vurub. Kamil 23 bıçaq zərbəsi alıb. O, kəskin qan itirmədən vəfat edib.
Hadisəni törədən Samirin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samir ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O qeyd edib ki, özünü Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə deyil, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilib.
Samirin ifadəsinə görə, Binəqədi rayonu, Biləcəri şosesi, DSK-4-də digər köçkünlər kimi yataqxanada ailə üzvləri - ata-anası, qardaşı ilə birlikdə yaşayıb:
"Mən Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin marketinq ixtisası üzrə ikinci kurs tələbəsi olmuşam. Təhsil aldığım universitet Gəncədə yerləşdiyindən həmin şəhərdə, N.Nərimanov prospektində ailəvi tanışım Südabəgildə pulsuz qalmışam. Rəsmi olaraq heç yerdə işləməsəm də, 2023-cü ilin aprel ayının sonlarından iyun 23-nə kimi Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən "Yeni market"də günəmuzd fəhlə kimi işləmişəm. Tədris ili bitdiyinə görə işdən çıxmışam. İyulun 3-də kəsr imtahanım olduğu üçün Gəncədə qaldım. Yaşadığım evin yaxınlığında yerləşən kafeni işlədən Kamil adlı şəxsi isə işlədiyim marketə gəlib alış-veriş edən müştəri kimi tanımışam. Bir neçə dəfə Kamilin işlətdiyim kafenin qarşısından keçdikdə mənə kinayəli şəkildə "Elsevərin yanında işləyirsən?" desə də, ona fikir verməmişəm".
Təqsirləndirilən şəxs deyib ki, son dəfə, axşam saat 19-20 radələrində kafenin qarşısından gedərkən Kamil kafenin giriş qapısının qarşısından onu kafeyə çağırıb:
"İçəridə mənə yaxınlaşaraq Elsevərin ünvanına söyüş söydü. Kamilin içkili olduğunu gördüm və dediklərinin mənə aidiyyəti olmadığını, ailəmə dəstək üçün yanında işlədiyimi bildirdim. Kamil isə mənə "sən də onun tayısan, onun yanında işləyirsən" dedi. Səbrimi basaraq Kamilə içkili olduğunu, ayıq olanda danışmağımızı dedim və evə getdim. Ancaq Kamilin dediyi sözləri yadımdan çıxara bilmədim. Marketdə işlədiyim vaxtlar bir neçə dəfə gecə saat 1-2 radələrində işdən çıxaraq evə gedəndə Kamilin kafeni bağlayıb, mağazanın qarşısından keçdiyini gördüyüm üçün onun tək olduğu vaxt münasibətlərimizə aydınlıq gətirmək üçün gecə təxminən 1 radələrində kafeyə getdim. Kafeyə çatanda çöldəki masalarda müştərilər olub. Kamil məni görüb kafeni içinə çağırdı və girişdən sağdakı pəncərənin qarşısındakı masada əyləşdirdi. Hərəmizə 1 bakal pivə gətirdi və birlikdə oturduq. Kamildən nə üçün Elsevər barədə kinayəli danışdığını soruşmaq istədim. Kamilin tanışı Fərid adlı şəxs gələrək masada əyləşdi. Söhbət vaxtı onun taksi fəaliyyəti ilə məşğul olduğunu öyrəndim. Kamil müştərilərə qulluq etdi, dönər sifariş etdi".
Samir bildirib ki, təxminən saat 2-3 radələrində Fərid və digər müştərilər gedəndən sonra Kamil çöldəki masaları kafenin içərisinə yığıb, mətbəxdən keçərək həyətdəki masada oturublar:
"Kamillə söhbətimizi davam etdirdim, Elsevərin tayı olmadığını dedim. Elsevərin və mənim ünvanıma işlətdiyi söyüşlərdən sonra mübahisəmiz şiddətləndi. Kamil mətbəxə qaçıb bıçaq götürdü və üstümə gəldi. Mən isə özümü qorumaq üçün qaçaraq tualetə girdim.
Tualetə daxil olub qapını arxadan bağlamaq istəsəm də, qapının dəstəyi olmadığından bağlaya bilmədim. Əl-üz yuyulan yerə çıxdım, Kamillə üzbəüz gəldim. Kamil məni bıçaqla vurmaq istəyəndə geri çəkildim, sağ əlim ilə Kamilin sağ əlindən, sol əlimlə isə Kamilin sağ əlinin biləyindən tutdum, Kamilə mane oldum. Həmin vaxt sağ əlimin baş, işarə və orta barmağını bıçaq kəsdi. Kamilin bıçaq olan sağ əlinin biləyini özünə tərəf qatlayaraq Kamilin sağ böyrünə soxdum. Lakin Kamil sakitləşməyib yenə söyüş söydüyü üçün əsəbiləşərək onu öldürmək qərarımı qətiləşdirdim. Sağ əlimlə bıçağı Kamilin sağ böyründən çıxardım, bədəninin müxtəlif nahiyələrinə bıçaqla zərbələr vurdum. Kamilə xəsarət yetirərkən hər iki əllə bıçağı məndən almaq istəyib və əlləri kəsilib. Mən Kamilə zərbələr vurduqca Kamil arxa-arxaya tualetin qarşısındakı dəhlizə doğru getdi. Əsəbi olduğumdan Kamilə neçə ədəd və bədəninin hansı tərəfinə bıçaqla vurduğumu bilmirəm. Kamil yerə yıxılıb qalıb. Mən isə bir neçə saat oturduğum yerdə qaldım. Hava işıqlaşanda bıçağı cibimə qoydum, əl-üzümü qana bulaşmış ayaqqabımı yudum. Pulum olmadığı üçün şalvarının arxa cibindən 30 manat pulu və mobil telefonu götürdüm, kafedən çıxdım, qapının içəri tərəfindəki açarı çıxarıb qapını çöldən bağladım. Sonra yaşadığım evə getdim. Evdə qana bulaşmış köynək və şalvarımı çıxarıb çantaya qoydum və evdən çıxdım. Ən ucqar hesab etdiyim yer Zaqatala olduğu üçün Gəncə avtovağzalından tanımadığım mikroavtobusa mindim və Zaqatalaya getdim. Zaqatalada fikrimi dağıtmaq üçün şəhəri piyada gəzdim və axşam saatlarında atam ilə telefonla danışdım. Bakıya gedib ailəm ilə sağollaşaraq təslim olmaq qərarına gəldim. Zaqataladan gecə avtobusa minərək Bakıya getdim. Saat 7 radələrində yaşadığım evə çatdım. Atam və digər ailə üzvlərimə hadisə barədə məlumat verdim. Atam Gəncədə yaşayan dostum ilə dəqiqləşmə apardı, hadisə barədə məlumat verdi. Yuyunduqdan sonra atam ilə Gəncə şəhərinə gələrək təslim oldum".
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Samir 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. / azxeber.com

Sosial       Tarix: 31 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Dizel bahalaşacaq, sonra ucuzlaşacaq

2026-cı ildə dizel yanacağının orta dünya qiyməti 2025-ci ildəki 91 dollarla müqayisədə bir barel üçün 135 dollar təşkil edəcək. 2027-ci ildə isə bu göstəricinin bir barel üçün 122 dollara enəcəyi proqnozlaşdırılır. KONKRET.azTrend-

Noyabrda şans üzlərinə güləcək – Həmin 3 bürc

Astroloqlar noyabr ayının müsbət dəyişikliklər dövrü ola biləcəyi üç bürcü müəyyən ediblər. xəbər verir ki, ayın sonuna qədər münasibətlərdə, maliyyədə və karyerada yeni perspektivlərin onları gözlədiyi proqnozlaşdırılır

Bunu etsəniz, hər gün cərimə ödəyəcəksiniz! – DİQQƏT

Kredit götürən şəxsin həyatının sığortası üzrə ödənişin verilməsi üçün sənədlər tamamlandıqdan sonra sığorta şirkətinin cəmi 7 iş günü vaxtı var. Trend-ə istinadən xəbər verir ki, şirkət bu müddətdə pulu ödəməsə, gecikdirilə

Yağ qiymətlərində kəskin bahalaşma

Azərbaycanda kərə və duru yağların qiymətində artım müşahidə olunur. Bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss edilir. Aparılan qiymət monitorinqinə görə, bəzi yağ məhsullarının qiyməti qısa müddətdə altı manatda

Başla vurulan hər top beyində iz buraxır

Son 15 ildə dünyasını dəyişmiş peşəkar futbolçuların 75%-də xroniki travmatik ensefalopatiya (XTE) əlamətləri aşkar edilib. xarici mediaya istinadən xəbər verir ki, bu, futbolçular arasında qeydə alınmış ən yüksək göstəricidir

İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər veri

Noyabrda hava kəskin dəyişəcək - Xəbərdarlıq edildi

Noyabr ayında va bəzi ərazilərdə aylıq yağıntının miqdarı iqlim normasından çox olacaq. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir

Azərbaycanda yeni böyük bank yaranacaq

Azərbaycan Mərkəzi Bankı ölkənin bank sektorunda konsolidasiya proseslərini, o cümlədən bankların birləşməsi və satın alınmasını dəstəkləyir. Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, maliyyə sektorunun strukturund

Gəncədə 34 yaşlı kişi bıçaqlandı

Gəncədə 34 yaşlı kişi bıçaqlanıb. -a istinadən xəbər verir ki, şəhər sakini, 34 yaşlı E.Kərimov bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatı hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son xəbərlər 2026 az xeber xankendi cəbhədən son xeber