Azərbaycan-Türkiyə birgə hərbi təliminin hərbi-siyasi və texniki tərəfləri: Silah və texnikalar - TƏHLİL

Azərbaycan-Türkiyə birgə hərbi təliminin hərbi-siyasi və texniki tərəfləri: Silah və texnikalar - TƏHLİLAzərbaycan Ordusunun hərbi təlimləri ildən-ilə öz forma və xüsusiyyətinə görə əvvəlkilərdən fərqlənir. 
Son 2 gün ərzində keçirilən "Qardaş yumruğu" adlanan Azərbaycan-Türkiyə birgə hərbi təlimini də bu kontekstdə təhlil edə bilərik.  
Əvvəlcə onu qeyd edə bilərəm ki, təlimlər ənənəvi olaraq məlum poliqonlarda deyil, konkret istiqamətlərdə, yəni Bakı, Astara, İmişli və Cəbrayıl bölgələrində keçirilir. 
Məsələyə hərbi-siyasi mövzuda yanaşsaq, bu təlimləri İran və Ermənistana, o cümlədən bölgədə anti-Azərbaycan mövqeyindən çıxış edən maraqlı dövlətlərə yönələn ismarış kimi təqdim etmək olar. Bunu təlimlərin keçirildiyi coğrafiya ilə əlaqələndirmək olar. 
İlk növbədə onu qeyd etmək lazımdır ki, birgə təlimlərdə əsasən bütün qoşun növləri və peşəkar şəxsi heyət iştirak edir. Yəni piyada qoşun növü olaraq hərbi təlimlərin yerüstü əməliyyatları xüsusi təyinatlı qüvvələr tərəfindən icra olunur. 
Bundan başqa Azərbaycan Ordusunun Quru Qoşunlarının tabeliyində olan və yeni yaradılan "Komando" hərbi birləşməsi də təlimlərə cəlb olunub. Analoji iştirak formasını Türkiyə Silahlı Qüvvələrinin təlimlərə cəlb olunan şəxsi heyətinə də şamil edə bilərik. 
Təlimlərin texniki imkanları, istifadə olunan silah-texnika parkına da baxdıqda bir sıra yenilikləri görmək olar.  
Əvvəlcə bu hərbi təlimlərdə istifadə olunan silah və texnikaların qısa siyahısını təqdim edirəm: 
- "Mista S" Özüyeriyən Artilleriya Sistemi
- DANA Özüyeriyən Artilleriya Sistemi  
- BM-21 Reaktiv Yaylım Atəş Sistemi
- "Cardon" 120 mm minaatan (avtomobil üzərinə inteqrasiya edilib)
- Su-25 döyüş təyyarəsi (modernləşdirilib)
- MiQ-29 döyüş təyyarəsi (modernləşdirilib) 
- Mi-17 döyüş helikopteri (modernləşdirilib) 
- Mi-24 G döyüş helikopteri (modernləşdirilib)
- T-72 tankı (modernləşdirilib) 
- T-90 SM tankı (modernləşdirilib) 
Bundan başqa, təlimlərə Türkiyənin ATAK helikopterləri də cəlb edilib. Artıq bir neçə dəfədir ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlimində ATAK helikopteri Azərbaycan şərtlərində test edilir. 
Təlimdə 40 mm-lik Mk.19 avtomatik qumbaraatandan istifadə edilir. Mk.19 (Mark 19) lentdən qidalanan 40 mm çaplı dəzgahlı avtomatik qumbaraatandır. 
Hesab edirəm ki, təlimlərin növbəti dövrü üçün pilotsuz uçuş aparatlarının (PUA) əməliyyat-kəşviyyat uçuşlarının da şahidi olacağıq. 
Göründüyü kimi Azərbaycan-Türkiyə birgə hərbi təlimi bir neçə aspektdə əhəmiyyətlidir. Bu təlimləri hərbi-siyasi, hərbi-taktiki və hərbi-texniki baxımından təhlil edə və orduların imkanlarını xarakterizə edə bilərik. 
Əlbəttə ki, hər şeydən əvvəl birgə təlimdə əsas məqsəd qoşunların qarşılıqlı əlaqədə fəaliyyətinin təmin olunması, təcrübə mübadiləsi və döyüş hazırlığının - peşəkarlığının artırılmasıdır. 
Ramil Məmmədli
Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi-siyasi şərhçi / azxeber.com

Siyasi       Tarix: 07 dekabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd


son xeberler azerbaycan xeberleri yeni xeberler hava durumu xəbər az son xeber xəbərlər.com