Azərbaycan üçün yeni imkanlar açılır – Avropa ilə milyardlıq əməkdaşlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen dünən mətbuata bəyanatlarla çıxış ediblər. Dövlət başçımızın da qeyd etdiyi kimi, Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlər çox mühüm mərhələyə qədəm qoyub.
KONKRET.az xəbər verir ki, bu sözləri Milli Məclisin Deputatı Vüqar Bayramov şəxsi facebook hesabında paylaşıb. Onun sözlərinə görə, Avropa İttifaqı uzun müddətdir ki, Azərbaycanın əsas ticarət tərəfdaşıdır:
"2025-ci ildə Azərbaycanın 43 milyard 830 milyon dollarlıq ticarət dövriyyəsinin 42 faizindən çoxu Avropa İttifaqının payına düşüb. Azərbaycanın 22 milyard 642 milyon dollarlıq ümumi ixracının isə 69 faizi ittifaq dövlətlərinə yönəlib. Xarici ticarət dövriyyəsinin dördə biri ittifaqa üzv olan İtaliyanın payına düşür. İllik 25.2 milyard kub metrlik qaz ixracının 12,8 milyard kubmetri Avropaya nəql edilir.
Azərbaycanın təbii qaz ixrac etdiyi dövlətlərdən 10 ölkənin Avropa İttifaqının üzvləri olması ölkəmizin Avropanın enerji bazarında mühüm tərəfdaş kimi mövqeyinin güclənməsi anlamına gəlir. Azərbaycan son 5 ildə Avropaya 60 milyard kubmetrə yaxın təbii qaz nəql edilib. Azərbaycan Avropa İttifaqına təbii qaz ixrac edən ölkələr arasında ilk beşlikdə qərarlaşıb. Artıq Azərbaycan qazı yalnız Mərkəzi və Şərqi Avropa ilə yanaşı, Qərbi Avropa bazarına da daxil olmaqdadır.
Yeni mərhələdə Azərbaycan öz yaşıl enerjisini də Avropa bazarına çıxaracaq. Gürcüstan ərazisi və Qara Dənizin dibi ilə Azərbaycanda bərpa olunan mənbələrdən əldə edilən enerji 2027-ci ildən sonra Avropa İttifaqına ixrac edilə bilər. Bu o deməkdir ki, növbəti mərhələdə Azərbaycan yalnız ənənəvi resursları deyil, həmçinin innovativ enerji məhsulları ilə də Avropaya bazarına daxil olacaq".
Deputat qeyd edib ki, Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında körpü rolunu oynayır:
"Regional nəqliyyat dəhlizlərinin genişlənməsi və eləcə də Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı müzakirələrin intensivləşməsi ölkə üzərindən daşınan yüklərin həcmini artıracaq. Avropa Şərqə Naxçıvan vasitəsi ilə daha asan çıxış imkanları əldə edəcək.
Bütövlükdə, son səfər və müzakirə edilən məsələlər Azərbaycanın geosiyasi mövqeyinin daha da gücləndiyini təsdiq edir. Regiondakı yeni düzən əməkdaşlıq üçün mühüm imkanlar yaratmaqdadır".

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK