Azərbaycan Ukraynaya humanitar yardım olaraq 5 sərnişin avtobusu verib
Azərbaycan Ukraynaya humanitar yardım olaraq beş ədəd sərnişin avtobusu verib.
azxeber.com xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" hesabında məlumat verib.
"Bu səfər çərçivəsində Azərbaycan icmalarımızın ehtiyacları üçün Ukraynaya humanitar yardım olaraq beş sərnişin avtobusu təqdim edib. 2022-ci ildən etibarən Azərbaycan Ukrayna xalqına dəstək vermək üçün dəfələrlə öz töhfəsini verib. Xüsusilə, enerji sistemimizin davamlı hücumlar altında işləməsini təmin etməyə kömək edən yüksək güclü generatorlar, transformatorlar və digər vacib avadanlıqlar daxil olmaqla 45 milyon dollardan çox humanitar yardım göstərib. Eyni dərəcədə vacib olan uşaqlarımıza göstərilən dəstəkdir. 500-dən çox ukraynalı uşaq Azərbaycanda bərpa proqramlarında iştirak edib – bu isə müharibə dövründə xüsusilə dəyərlidir. Biz bu həmrəyliyi yüksək qiymətləndiririk, çünki bu, Ukraynanın möhkəm dayanmasına və irəliləməsinə kömək edir", - Sibiqa qeyd edib.

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK