Azərbaycan vaksinasiya sayına görə çox öndədir - Dünya Bankının hesabatı
Azərbaycanda koronavirusa qarşı tam vaksinasiya sayı dünya üzrə ortalama göstəricidən çoxdur.
Azxeber.com Trend-ə istinadən bildirir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələri üzrə hesabatında deyilir.
Qeyd olunur ki, sentyabrın sonunadək tam vaksinasiyanın ümumi sayı Avropa və Mərkəzi Asiyanın beş ölkəsində dünya üzrə orta göstəricini üstələyib: Azərbaycan, Xorvatiya, Macarıstan, Polşa və Türkiyə, eyni zamanda regionun digər hissələri göstəricidə geri qalıb:
"Son zamanlarda vaksinasiya templəri sürətlənsə də, region ölkələrinin üçdə bir hissəsində istifadə olunan vaksin sayı ümumdünya göstəricisinin yarısından azdır. Bu, əsasən, peyvəndlənmək istəməyən şəxslərin sayının çoxluğu ilə əlaqədardır"
Dünya Bankının analitikləri qeyd edir ki, vaksinasiya göstəriciləri aşağı olan Avropa və Mərkəzi Asiyanın bir çox ölkəsində COVID-19-da ölüm halları bu ilin üçüncü rübündə daha çox artıb.
Qeyd edək ki, oktyabrın 5-dək Azərbaycanda istifadə olunan vaksinlərin sayı 8 795 572-yə çatıb. Birinci doza ilə vaksin olunanların sayı 4 824 323, hər iki doza ilə vaksinasiya sayı 3 971 249 nəfər təşkil edib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR