Azərbaycan və Bəhreyn XİN rəhbərləri görüşdü
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bəhreynin xarici işlər naziri Raşid Alzayani ilə geniş tərkibdə görüş keçirib.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Müzakirələr siyasi dialoq, ticarət-iqtisadi əməkdaşlıq və humanitar təşəbbüslər də daxil olmaqla, geniş sahələri əhatə edib.
Hər iki tərəf yüksək səviyyəli qarşılıqlı səfərlər, müntəzəm siyasi məsləhətləşmələr və strukturlaşdırılmış iqtisadi əməkdaşlıq mexanizminin yaradılması vasitəsilə qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Nazirlər BMT, İƏT, Qoşulmama Hərəkatı və AQEM kimi regional və beynəlxalq platformalarda davamlı qarşılıqlı dəstək və həmrəyliyə sadiq olduqlarını bir daha təsdiqləyiblər.
Ceyhun Bayramov bəhreynli həmkarına regionda münaqişədən sonra aparılan yenidənqurma və bərpa işlərinin, o cümlədən minalardan təmizləmə əməliyyatlarının gedişi və davamlı sülhün yaradılmasına yönəlmiş səylər barədə məlumat verib. / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
Doğum gününüz haqqınızda nə deyir