Azərbaycan və Ermənistan liderləri görüşəcək - Brüsseldə nələr müzakirə olunacaq?

Azərbaycan və Ermənistan liderləri görüşəcək - Brüsseldə nələr müzakirə olunacaq?Sabah, mayın 22-də Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüş keçiriləcək.
azxeber.com "Report"a istinadən xəbər verir ki, bu, 2021-ci il dekabrın 14-də başlamış və bu il aprelin 6-da davam etmiş Brüssel gündəliyi çərçivəsində növbəti görüşdür.
Sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması ilə bağlı müvafiq komissiyalar çərçivəsində müzakirələrə başlanması gündəlikdə duran əsas məsələlərdəndir. Habelə, humanitar məsələlər, o cümlədən mina problemi, birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanılar, kütləvi məzarlıqlar barədə məlumatların verilməsi, Ermənistanda Azərbaycan xalqına məxsus tarixi-mədəni abidələrlə bağlı məsələlər də Brüssel görüşündən olan əsas gözləntilərdəndir.
Xatırladaq ki, əvvəlki görüşlərdə sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərlə bağlı komissiyanın yaradılması, Ermənistanın təşəbbüsü ilə bu komissiyanın ilk görüşünün aprelin 29-da Azərbaycan-Ermənistan sərhədində keçirilməsi kimi əhəmiyyətli məsələlərlə bağlı razılıq əldə olunmuşdu. Lakin Ermənistanın növbəti dəfə qeyri-konstruktivlik nümayiş etdirməsi səbəbindən bu görüş mayın 7-11-nə keçirildi, daha sonra isə bu tarixlərdə də görüş baş tutmadı. Sonda Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Rusiyanın TASS agentliyinə açıqlamasında bildirdi ki, Ermənistan komissiyaların görüşünün Moskvada keçirilməsinə hazırdır. Bu, bir daha Ermənistanın müstəqil siyasətinin olmamasının, təzyiqlər qarşısında istənilən razılaşmadan imtina etməsinin, Rusiyanın maraqlarını Avropa İttifaqına, Avropa İttifaqının maraqlarını isə Rusiyaya xəyanətkarcasına, özü də asanca satmasının bariz nümunısidir.
Qeyd edək ki, Azərbaycan Ermənistanla beynəlxalq hüquq normaları əsasında sülh sazişi imzalamağa hazır olduğunu dəfələrlə bəyan edib və bu məqsədlə qarşı tərəfə beş bənddən ibarət təklif də göndərib. Ötən Brüssel görüşündə bu məsələ də diqqət mərkəzində olub. Belə ki, görüşdə əldə olunmuş razılığa əsasən, ölkə rəhbərləri zəruri məsələləri əhatə edəcək sülh sazişinin hazırlanması üzərində işləmək üçün xarici işlər nazirlərinə müvafiq tapşırıq verəcəklər. Ümumiyyətlə, Brüssel görüşü Prezident İlham Əliyevin dövlət və milli maraqlarımızı qətiyyətlə qoruduğunu bir daha nümayiş etdirdi.

Siyasi       Tarix: 21 may 2022
f Paylaş

Oxşar xəbərlər

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"


son xeberler yeni xeberler azerbaycan xeberleri bugun xeberler xəbərlər.com en sonxeber xeber.az 2026