Azərbaycan və Gürcüstan xalqları arasında tarixən dostluq münasibətləri olub - RƏY

Azərbaycan və Gürcüstan xalqları arasında tarixən dostluq münasibətləri olub - RƏYGürcüstan Azərbaycan üçün önəmli qonşu dövlətdir və tarixən iki xalq arasında hər zaman dostluq münasibətləri mövcud olub.
KONKRET.az xəbər verir ki, bu sözləri "Report"a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Elvin Əzizbəyov deyib.
O bildirib ki, müstəqillik əldə etdikdən sonra hər iki dövlət təxminən eyni çağırışlarla üz-üzə qalıblar:
"Ərazi bütövlüyünün pozulması və sair kimi çağırışlarla qarşılaşan Azərbaycan və Gürcüstan bütün bunlara baxmayaraq dövlətçiliklərini inkişaf etdirməyi bacardılar. Məlumdur ki, hazırda Gürcüstan uğrunda regional və qlobal güclər arasında mübarizə şiddətlənməkdədir. Bu mübarizədə, ələlxüsus, Qərbin müəyyən mərkəzləri rəsmi Tiflisə qarşı təzyiqlərini gücləndirməkdədirlər. Buna səbəb Gürcüstan hakimiyyətinin suveren qərarlar verməsi, onların deyil, məhz öz milli maraqlarından çıxış etməsidir. Misal üçün, Gürcüstanın xalq tərəfindən seçilən legitim parlamentarilərinin qəbul etdiyi son qanunlar okeanın o tayında və Avropada birmənalı qarşılanmır və məlum qanunların ləğvi rəsmi Tbilisidən tələb olunur. Dövlətlərin daxili işlərinə bu cür kobud şəkildə müdaxilələr Qərb təcrübəsində ilk və son deyil".
Azərbaycan və Gürcüstan xalqları arasında tarixən dostluq münasibətləri olub - RƏYOnun sözlərinə görə, Qərb Cənubi Qafqazda öz dayaqlarını və təsir vasitələrini gücləndirmək üçün bütün vasitələrə əl atmaqdadır.
E.Əzizbəyov qeyd edib ki, Qərb "bulanıq suda balıq tutmaq asandır" prinsipi ilə Ermənistan və Azərbaycan arasındakı münasibətləri daha da gərginləşdirir, Ermənistanı silahlandırır, Gürcüstanda isə sabitliyi pozaraq ictimai-siyasi vəziyyəti gərginləşdirir.
"Bununla da Şərqi Avropa və Yaxın Şərq ilə bərabər Qara dəniz – Xəzər bölgəsində parçala və hökmranlıq et prinsipini işə salır, qlobal rəqiblərinə qonşuluqda yerləşən coğrafiyalarda xaos yaradılır. Mən əminəm ki, gürcü xalqı bu proseslərin də öhdəsindən gələrək dövlətlərinin suveren və müstəqil inkişaf yoluna səs verəcəklər. Sabit Gürcüstan Cənubi Qafqazın gələcəyi baxımından olduqca vacibdir", – E.Əzizbəyov vurğulayıb.

Siyasi       Tarix: 14 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:


son xeberler azerbaycan xeberleri yeni xeberler gunun xeberleri son xeberler bugun 2026 canli son xeberler bugun kriminal