Azərbaycan və Litva prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB

Azərbaycan və Litva prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİBMayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü olub.
KONKRET.azxəbər verir ki, görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib:
– Cənab Prezident, nümayəndə heyətinin üzvləri, bir daha Azərbaycana xoş gəlmisiniz. Bir qədər əvvəl biz cənab Prezidentlə ikitərəfli əməkdaşlığımızın müxtəlif mühüm məsələləri, eləcə də regional inkişaf, sözsüz ki, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı ilə bağlı çox yaxşı və geniş müzakirələr apardıq. Biz baxışlarımızda çox oxşarlıq olduğunu görürük.
İkitərəfli əlaqələrin inkişafına gəlincə, biz çox nikbin fikirdəyik. Biz cənab Prezidentlə iqtisadi sektorda ümidverici olduğunu düşündüyümüz sahələri müzakirə etdik. Düşünürəm ki, bu gün nümayəndə heyətlərinin üzvləri artıq təmaslara başlayıb və bunu davam etdirəcəklər. Çünki müxtəlif sahələrə məsul olan şəxslər arasında birbaşa şəxsi təmaslar qurmaq vacibdir. Əlbəttə ki, biznes forum çox ümidvericidir. Bilirəm ki, sənədlər imzalanacaq, həmçinin mühüm olan odur ki, biznes dairələrimiz arasında birbaşa təmaslar qurulacaq. Cənab Prezidentlə müzakirə etdiyimiz kimi, potensial əməkdaşlıq sahələri, – informasiya texnologiyalarından başlayaraq, kənd təsərrüfatı, turizm, enerji, bərpa olunan enerji mənbələri, nəqliyyata qədər, – həqiqətən də çox genişdir. Düşünürəm ki, biz çox yaxşı nəticələrə nail ola bilərik. Çünki bizim münasibətlərimizin çox yaxşı siyasi təməli var və Prezidentin rəsmi səfəri ikitərəfli əlaqələrdə mühüm amildir.
Həmçinin Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi yolları ilə bağlı qarşılıqlı anlaşma var. Biz Avropa İttifaqı ilə sıx əlaqələrə dair Azərbaycanın planlarını dəstəklədiyinə görə Litvaya, onun hökumətinə, Prezidentinə minnətdarıq. Əlbəttə ki, bu yaxşı fürsətdən istifadə edərək ikitərəfli əlaqələri gücləndirməliyik. Həmçinin biz regional vəziyyəti, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini geniş müzakirə etdik. Bilirəm ki, Azərbaycandan sonra Prezident Ermənistana səfər edəcək. Beləliklə, əminəm ki, bu səfər başa çatandan sonra onda tam təsəvvür formalaşacaq. Amma bizim mövqeyimiz çox açıqdır. Biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Biz münasibətləri normallaşdırmaq və düşmənçilik səhifəsini çevirmək istəyirik. Beləliklə, cənab Prezident, nümayəndə heyətlərinin üzvləri arasında müzakirə olunmalı çox məsələlər var.
Bir daha xoş gəlmisiniz və Azərbaycana səfər etdiyiniz üçün Sizə təşəkkür edirik.
Litva Prezidenti Gitanas Nauseda deyib:
– Təşəkkür edirəm, cənab Prezident. Siz bizim müzakirə etmək imkanımızın olduğu məsələləri artıq qeyd etdiniz. Onların arasında regionda təhlükəsizliklə bağlı vəziyyət və ümumilikdə bir çox sahələrdə əməkdaşlığımız və iqtisadi əməkdaşlıq xüsusilə mühüm əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən nazir müavinlərindən ibarət nümayəndə heyəti, iqtisadiyyat, nəqliyyat, təhsil, kənd təsərrüfatı nazirlərinin müavinləri mənimlə birlikdədirlər. Biz artıq çox ümidverici ola biləcək sahələri müzakirə etdik, xüsusilə ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasına nail olmağa çalışırıq. Mən artıq Azərbaycandan idxalın bir neçə dəfə artığının şahidi oldum. Əfsuslar olsun ki, bizim ixracımızla bağlı vəziyyət bu cür deyil. İstənilən halda, şadıq ki, sizin işləriniz yaxşı gedir. Mən Litva üçün əhəmiyyəti getdikcə artan sahələrdə əməkdaşlıq üzrə böyük potensial görürəm. Bunlar yüksək əlavə dəyərə malik sektorlardır. Maliyyə texnologiyası, İKT, biotexnologiyalar, lakin, əlbəttə ki, ənənəvi sahələr də, ərzaq məhsulları mühüm əhəmiyyət kəsb edir. Litva ənənəvi olaraq ərzaq məhsullarının ixracında çox güclü olub. İxracımızın ən böyük hissəsi Avropa İttifaqı bazarının payına düşür. Bilirsiniz ki, Avropa İttifaqı bazarının tələbləri çox yüksəkdir.
***
12:23
Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü olub.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Siyasi     Baxılıb: 360   Tarix: 18 may 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev İSESKO-nun direktorunu qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Şuşada İSESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikini qəbul edib. xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb

Putin Polşaya bu səbəbə görə hücum etdi

Rusiyanın Polşaya hücumunun iki məqsədi görünür: Birincisi, bunu "yoxlama atışı" kimi qiymətləndirmək olar. Ukrayna ətrafında "müharibə və müzakirə" mərhələsinin getdiyi vaxt Moskva Qərbin nəbzini yoxlamağ

Makron iki seçim qarşısında: "Ya yeni hökumət qurmalı, ya da..."

Fransa hazırda xroniki siyasi qeyri-sabitlik və artan maliyyə çətinlikləri ilə üz-üzə qalıb. Ölkədə hökumət böhranı dərinləşir, bir neçə baş nazirin tez-tez dəyişdirilməsi isə vəziyyəti daha da mürəkkəbləşdirir. Maraqlıdır

Paşinyan "Zəngəzur dəhlizi" ifadəsinə münasibət bildirdi

"Obyektiv reallıq da var, subyektiv təsəvvürlər də. Obyektiv reallıq ondan ibarətdir ki, Ermənistan və Azərbaycan Vaşinqtonda bir daha bir-birinin ərazi bütövlüyünü, suverenliyini, yurisdiksiyasını və sərhədlərinin toxunulmazlığın

Petrosyan dəhlizə razıdır, ancaq Rusiya ilə bağlı "xəbərdarlıq" etdi

Xəbər verdiyimiz kimi, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Rusiyanın bu ölkədəki səfiri Kopırkini öz iqamətgahında qəbul edərkən Zəngəzur dəhlizindən də danışıb və "qıcıq yaratmamaq üçün" Zəngəzu

Prezidentlər Şuşa qalasının önündə foto çəkdiriblər - FOTO

Sentyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Şuşa qalasının önündə foto çəkdiriblər. həmin görüntüləri təqdim edirik:

Dövlət Departamentinin rəsmisi Ermənistana səfər etdi

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun direktoru Brendan Henrehen Ermənistana səfər edib. xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, Henrehe

"Yalvarıram, Rusiya və Belarusa getməyin" — Sikorski 

Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkə vətəndaşlarından Rusiya və Belarusa səfər etməməyi xahiş edib. Qaynarinfo-ya istinadən xəbər verir ki, "Belarus və Rusiya kimi ölkələr var ki, sadəcə olaraq girov götürürlə

Tramp İsrailə təzyiqi artırmaq qərarına gəldi - Onunla görüşəcək

ABŞ-ın prezidenti Donald Tramp cümə günü Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə görüşəcək. KONKRET.azxəbər verir ki, bu barədə "Axios" məlumat yayıb. Bildirilir ki, görüşün məqsədi Qətərə dəstəyi


son xeberler yeni xeberler azerbaycan xeberleri ensonxeberler xankendi şou biznes xəbərləri son xeber.az