Azərbaycan və Lüksemburq arasında siyasi məsləhətləşmələr baş tutub
Lüksemburqda Azərbaycan Respublikası ilə Lüksemburq Böyük Hersoqluğunun Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
azxeber.com xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Lüksemburq tərəfinə isə bu ölkənin Xarici və Avropa İşləri Nazirliyinin Siyasi Departamentinin rəhbəri Veronik Dokendorf rəhbərlik edib.
Məsləhətləşmələr zamanı tərəflər ikitərəfli əməkdaşlıq məsələləri üzrə geniş fikir mübadiləsi aparıblar. Bu çərçivədə siyasi əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri, konsulluq sahəsində əməkdaşlıq, iqtisadi münasibətlər, habelə təhsil, elm və mədəniyyət sahələrində humanitar əlaqələr nəzərdən keçirilib.
Tərəflər davamlı siyasi dialoqun təmin olunması baxımından qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində təmasların əhəmiyyətini vurğulayıblar.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələləri müzakirə olunub.
Məsləhətləşmələr zamanı regionda mövcud vəziyyət, Ermənistan–Azərbaycan normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və minatəmizləmə işləri, eləcə də qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində F.Rzayev həmçinin Lüksemburqda bir sıra işgüzar görüşlər keçirib, eləcə də Lüksemburq Universitetində dəyirmi masa formatında təşkil olunan müzakirələrdə iştirak edib.

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK