Azərbaycan və Özbəkistan QHT-lərinin ortaq layihələri nə vəd edir? - MÜSAHİBƏ

Azərbaycan və Özbəkistan QHT-lərinin ortaq layihələri nə vəd edir? - MÜSAHİBƏazxeber.com-un müsahibi Milli Məclisin deputatı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənovdur. 
- Azər müəllim, bu günlərdə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Özbəkistan - Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu haqda nə deyə bilərsiniz?
- Forumu olduqca vacib bir tədbir hesab edirəm. Ən azından ona görə ki, ilk dəfə olaraq Özbəkistanda Azərbaycan-Özbəkistan QHT-nın Əməkdaşlıq Forumu keçilir. Bu, sayca ikincidir. Birinci forum 2023-cü ildə Füzuli şəhərində təşkil olunmuşdu və ikinci forumun məhz Özbəkistanda keçilməsi barədə qərar verilmişdi. İldə bir dəfə forumların keçilməsi və bu forumların ayrı-ayrı seqmentlər üzərində, xüsusilə də spesifik mövzular üzərində öz fəaliyyətinin davam etdirilməsi barədə yekdil qərarını olduğunu gördük. Həm Azərbaycan, həm də Özbəkistan tərəfindən olan məruzəçilər bu tip əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Amma mənim özümün yanaşmam onunla əlaqədərdir ki, forum faktiki olaraq Azərbaycanla Özbəkistan arasında olan strateji müttəfiqliyin ən yüksək səviyyədə həyata keçirildiyinə bir növ, şahidlik edərək o prosesin özündə həm də qeyri-hökumət təşkilatları sektorunda fəal iştirak etməsini nümayiş etdirir. 
Hər iki dövlətin dövlət qurumları müəyyən mənada əməkdaşlıq əlaqələrini bu gün inkişaf etdirməkdədir. Çünki, Özbəkistan da, Azərbaycan da Türk dünyasının bir parçasıdır. Və bu əməkdaşlığın inkişaf etdirilməsi həm də bu prosesdə qeyri-hökumət təşkilatlarının da fəal olmasını tələb edir.
- Forum çərçivəsində QHT-lər araaında əməkdaşlıq memorandumları imzalandı. Bu haqda nə deyə bilərsiniz? 
- Bu gün imzalamış memorandumlar bir daha onu göstərdi ki, ən azından 5-6 istiqamət üzrə gələcəkdə biz birgə layihələrin həyata keçirildiyinin şahidi olacağıq. Ümid edirəm ki, hən bizim peşəkar QHT-lər, həm də Özbəkistanın peşəkar QHT-ri kifayət qədər fəal olaraq birgə fəaliyyətlər həyata keçirəcəklər.
- Forum zamanı Prezident Administrasiyasının rəsmisi Tural Əliyev çıxışında qeyd etdi ki, ortaq layihələrdə Özbəkistan və Azərbaycan QHT-nın ortaq layihələrinə qrant ayrılması nəzərdə tutulur. İlk olacaq bu qrant müsabiqəsinin əhəmiyyəti haqqında nə deyə bilərsiniz?
- Öncə qeyd edim ki, bizim Füzulidə keçirilən birinci əməkdaşlıq forumda bu ideya olaraq səsləndirildi. Birinci Forumda çıxışım zamanı birgə bir fondun yaradılması ideyasını bir qədər də daha dəqiq şəkildə məyyən olunmasıyla bağlı zərurətin olduğunu vurğulamışdım. Düşünürəm ki, bu prossesə bizim Müşahidə Şurası da dəstək olacaq. Tural müəllim çıxışında da bildirdi ki, bu fikir olaraq söylənən bu ideyanın artıq reallaşması vaxtı çatıb. Və bugünkü forum onu göstərdi ki, həqiqətən də bu istiqamətdə artıq bir konkret mexanizm işlənilir. 
Ortaq layihələrib iki dövlət müstəvisində reallaşmağına nail olmaq mümkündür. Əslində strateji xətti məhz bu ideya təşkil edir. Bildiyiniz kimi Bakıda Azərbaycan-Türkiyə QHT-nın  əməkdaşlıq forumu keçirilmişdi. Orada da faktiki olaraq bu məsələlər ətrafında müəyyən fikirlər səsləndirildi. Sadəcə olaraq o dövrdə səslənən bəzi birgə fikirlər ki var idi, o daha çox hər bir tərəfin ayrı-ayrı mövqeylərdə olan mövqeylərini yaxınlaşdırmaq üçün nəzərdə tutulmuşdu.
Azərbaycan və Özbəkistan QHT-lərinin ortaq layihələri nə vəd edir? - MÜSAHİBƏ- Siz bir pəşəkar QHT rəhbəri kimi, uzun illər bu sahədə çalışan mütəxəssis kimi, Özbəkistan QHT-nin fəaliyyətini necə qiymətləndirirsiniz? 
- Özbəkistan QHT-lərinin inkişaf strategiyası ilə Azərbaycan QHT-lərinin inkişaf strategiyası bir qədər fərqlənir. Bəzi komponentlər var ki, biz artıq o mərhələdən keçmişik. Bəzi elementlər var ki, bu gün çox rahat şəkildə Özbəkistan QHT-ləri onu edə bilir, biz edə bilmirik. Burada donorların çoxluğu və digər məsələlər bu prosesə müəyyən mənada öz təsirini  göstərir.
Biz daha çox milli donor institutunu inkişaf etdiririksə, Özbəkistanda milli donor institutu daha çox əlaqələndirici bir funksiyanı özündə daşıyır. Çünki burada çoxsayli beynəlxalq təşkilatlar, müxtəlif dövlətlərin donor təşkilatları kifayət qədər fəaldır. Ən azından buradakı təqdimatlarda da biz bunu gördük.
Demək ki, burada artıq strateji olaraq fərqlər hiss olunur. Özbəkistan QHT-lərinin təcrübə spektri ilə Azərbaycan QHT-lərinin təcrübə spektrı fərqlidir. Amma bu fərqlilik hətta müəyyən mənada bir-birini tamamlaya biləcək bir fərqlilikdir.
- Xarici donorların Özbəkistana siraət etməsi ilə bağlı hansı risklər var? Bu haqda nə deyə bilərsiniz?
- Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların bizim QHT-lərə olan münasibəti və bütövlükdə vətəndaş cəmiyyəti sektoruna olan münasibəti həmin beynəlxalq təşkilatların ölkəyə olan münasibətlərindən irəli gəlir.
Amma həmin beynəlxalq təşkilatların ölkəmizə olan münasibətinin daha çox qərəz üzərində kökləndiyini nəzərə almalıyıq. Bunun əsas səbəbi kimi həmin beynəlxalq təşkilatların Ermənistana münasibətidir. Onlar ən yüksək səviyyədə strateji mütəffiqlikdirlər, bizə qarşı mövqeyləri qərəzlidir. Bəzi hallarda da bizi bir çox məsələlərdə məhdud rejimə salmaq, müəyyən çərçivələrə salmaq, ideoloji basqılar göstərmək istəyirlər. Bizə qarşı ideoloji təhdidlərlə, müxtəlif insan hüquqları şuarları adı altında yalançı bir demokratik prinsiplərlə üzərimizə getməyə çalışırlar. Onlar faktiki olaraq ermənilərin xeyrinə olan bir siyasətin davamı olaraq QHT-lər üzərindən bizim üstümüzə gəlirlər.
Amma bu daha çox dövlətə qarşı olan bir basqıdır. Ancaq Özbəkistan üçün Ermənistan deyilən bir problem yoxdur. Deməli, burada niyyət tamamilə fərqli ola bilər və özbək cəmiyyəti üçün, özbək QHT-ləri üçün, hələlik ki, risk yoxdur. Burada dövlət tərəfindən, dövlətin siyasi rəhbərliyi tərəfindən, çox müdrik siyasət yürüdülür və onlar o balansı gözləyə bilirlər, kənar basqılara da hər mənada özlərinin bir immunitetini formalaşdırırlar.
Amma bu immunitet konstruktiv dialoq üzərində formalaşır. Bizə qarşı isə açıq başqı var idi, təzyiq var idi və biz bunu 44 günlük Vətən müharibəsində açıq-aşkar gördük.
- Bildiyimiz kimi bu günlərdə Gürcüstanda Qərbdən maliyyələşən QHT nümayəndələri aksiyalar keçirir, onlar "Gürcü arzusu"nu Avropadan imtina etməməyə çağırır. Sizcə növbəti mərhələlərdə Özbəkistanı da belə bir təhlükə gözləyə bilərmi?
- İstənilən halda əgər Özbəkistanla Çinin münasibətləri inkişaf xətt üzrə cərəyan edirsə, Özbəkistanla Rusiyanın münasibətləri daim strateji müttəfiqlik səviyyəsində icra olunursa təbii ki, Qərbdə bunu istəməyən qüvvələr var. Ancaq onlar necə, hansı yollarla bu prosesin qarşısını almaq üçün təziq göstərməyə cəhd göstərirlər? Bu dediyiniz kimi siyasi müstəvidə müxalifət düşərgəsi ola bilər ki, Özbəkistanda da müxalifət düşərgəsi Qərbdən asılı vəziyyətdə deyil. Harada ki, müxalifət Qərbdən asılı vəziyyətdədirsə, belə problem ortaya çıxır. Nümunə üçün Gürcüstanı göstərə bilərik. Burada açıq-aşkar bəllidir ki, Gürcüstanın müxalifət düşərgəsi fəaliyyətlərini Qərb institutları ilə əlaqələndirmiş qurur. Özbəkistanda isə mən bunu görmürəm. Özbək xalqı özünü belə bir şəraitdə daha konfortlu hiss edir. 
 Hacıbəy Heydərli
Yazı Medianın İnkişafı Agentliyinin "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc edilib.
Azərbaycan və Özbəkistan QHT-lərinin ortaq layihələri nə vəd edir? - MÜSAHİBƏ

Siyasi       Tarix: 11 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən görüntülər xeberler az son xeberler bugun 2026 muharibe xeber.az