Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
"Mən artıq demişəm ki, "biz sizi basdıracağıq" sözlərini sizin məzarqazanlarınızın etdiyi kimi hərfi mənada başa düşmək lazım deyil… Söhbət cəmiyyətin sırf tarixi inkişafından gedir. Kapitalizm öz əsrini başa vurub, onu kommunizm əvəz edəcək. Biz buna inanırıq. Siz inanmırsınız. Amma sizin ölkənizdə də buna inanan insanlar var…"
Xruşşov
1959-cu il sentyabrın 19-da, sovet liderinin tarixdə ilk dəfə ABŞ-a səfəri zamanı Nikita Sergeyeviç Xruşşova Disneylendə getməyə icazə vermədilər. Səbəb kimi "təhlükəsizlik məsələləri" göstərildi. Los-Anceles polisinin rəisi Uilyam Parker bildirdi ki, sovet liderinin yüz faiz təhlükəsizliyinə zəmanət verə bilməz.
Həmin vaxt ABŞ-da SSRİ səfərinin əleyhinə çıxan çoxlu insan vardı və bu da riskləri artırırdı. Üstəlik, Xruşşovun pərəstişkarları da müəyyən narahatlıq yaradırdı. Parka çoxlu sayda tamaşaçı və mətbuat nümayəndəsinin gələcəyi gözlənilirdi ki, bu da obyektin mühafizəsini son dərəcə çətinləşdirirdi.
Nikita Sergeyeviçin reaksiyası olduqca sərt oldu. Məhz həmin vaxt o, məşhur ifadəsini işlətdi:
"Bəs nədir, sizdə orada vəba epidemiyası var, ya nə? Yoxsa məndən gizlətdiyiniz raket bazaları yerləşir?"
Sonra isə davam etdi:
"Vəba epidemiyası? Yoxsa orada məni məhv edəcək qanqsterlər hakimiyyəti ələ keçirib? Sizin belə sərt polis əməkdaşlarınız var ki, onlar öküzü buynuzundan tuta bilərlər. Əlbəttə, onlar məni qoruya bilərlər. Mənim üçün bu, izaholunmaz vəziyyətdir. Ölkəmizə gəlin. Mən şəxsən sizi istənilən yerə apararam… Mən çox məyus oldum".
Deyilənə görə, o, həqiqətən də Disneylendi görməyi çox arzulayırdı…
Bəli, əyləncə parkının administrasiyası Xruşşovun səfərinin ləğvi ilə bağlı başqa səbəb açıqlamışdı. Onların bildirdiyinə görə, səfəri məhz sovet tərəfi ləğv etmişdi. Hər şey mümkündür! Xüsusən də nəzərə alsaq ki, Uolt Disney özü də görüşün əleyhinə idi və kommunistləri heç xoşlamırdı.
Yəqin ki, hər iki amil rol oynayıb: ABŞ Dövlət Departamenti və Məxfi Xidmət sərt şərtlər irəli sürərək "təhlükəsizliyə zəmanət verə bilmədiklərini" bildiriblər. Sovet diplomatları və nümayəndə heyətini müşayiət edən DTK zabitləri isə lideri riskə atmamaq üçün proqramın bu bəndini rəsmi şəkildə çıxarmağa məcbur olublar.
Amerikalıların "qayda-qanun yaradacağına" və qonaqpərvərlik göstərəcəyinə son ana qədər ümid edən yeganə şəxs Nikita Sergeyeviç idi…
Xruşşovun ikinci arzusu – Con Ueynlə görüşmək
Sovet liderinin ikinci arzusu Amerikanın "baş kovboyu", aktyor Con Ueynlə tanış olmaq idi.
Nağılvari əyləncə parkının əvəzinə sovet lideri "20th Century Fox" kinostudiyasına yollandı. Orada Hollivud ulduzu ilə nahar etdi. Həmin görüşdə də Xruşşov özünəməxsus ifadə işlətdi:
"Sovet ölkəsində biz aktyorların üzlərinə tamaşa etməyə öyrəşmişik, arxalarına yox!".
Disneylend yoxdursa, Fidel Kastro var!
Yeri gəlmişkən, Xruşşov arzusunun həyata keçməməsinə görə xüsusi xidmət orqanlarından qisasını yenə də aldı. Disneylend yoxdursa, Fidel Kastro ilə görüşmək lazımdır!
Beləliklə, xüsusi xidmət orqanları üçün əsl ekstremal macəra başladı.
ABŞ səfəri: böyük siyasət, kiçik macəralar
Ümumiyyətlə, böyük siyasət baxımından ABŞ səfəri sovet liderinə elə də çox şey gətirmədi. Əvəzində Nikita Sergeyeviç Hollivudda oldu, "Coca-Cola" içdi, prezidentə məxsus lüks otaqlarda yaşadı, ən qabaqcıl elektron hesablama maşınlarına baxdı, həmkarlar ittifaqlarının liderləri ilə mübahisə etdi və qarğıdalı yetişdirən köhnə dostunu ziyarət etdi.
Yeri gəlmişkən, o, bundan çox məmnun qalmışdı:
"Necədir, kapitalistlər, bizə quyruq altından duz səpdiniz? Biz sizdən qarğıdalı yetişdirməyi öyrənməliyik".
Xruşşov zavodlarda və fermalarda oldu, Amerika qəzetlərinin ilk səhifələrindən düşmədi və səfərin sonunda ABŞ prezidentini SSRİ-yə dəvət edərək belə bəyan etdi:
"Siz kapitalizmdə yaşamağa davam edin, qoy, necə deyərlər, Allah sizə kömək olsun… Biz isə bir az səylə çalışacağıq, sizə çatacağıq, ötəcəyik və irəli gedəcəyik".
Sovet fastfudu: hamburger və hot-doq
Bəli, dövlət başçısı səfər zamanı ilk dəfə Amerika mətbəxinin iki məşhur yeməyi ilə tanış oldu: hamburger və hot-doq.
SSRİ-yə qayıtdıqdan sonra sovet ictimai iaşə müəssisələrinin menyusunda iki yeni yemək peyda oldu: xəmirdə kolbasa və kotletli bulka.
SSRİ fastfudu.
Yeri gəlmişkən, dadlı idi!
Hazırladı: Natiq Səlim,
KONKRET.az

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Növbəti üç il ərzində büdcə vəsaitləri bu istiqamətlərdə xərclənəcək
Hüseyn əməliyyat olundu - Foto
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - FOTOLAR
İspaniya çempion məşqçisi ilə bağlı qərarını verdi
Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik
Gələn ilin dövlət büdcəsində 3,2 milyard manatlıq kəsir gözlənilir
Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı
Türkiyə generalları Naxçıvanın məşhur kəndinə niyə gedib? – Ankaradan əmr verilib, xüsusi rabitə qurulub – FOTO
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır