Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin indiki məqamda müharibənin bitməsinə qərar verməsinin rus ordusunda mübahisə doğuracağını bildirib.
"Putin əsgərlərin qəzəbli şəkildə geri qayıdıb ona qarşı çıxacağından qorxur. O, bunun daha əvvəl baş verdiyini görüb. "Vaqner"i xatırlayın", – Zelenski bildirib.
KONKRET.azxəbər verir ki, globalinfo.az-a danışan analitik Asif Nərimanlı deyib ki, Zelenskinin son bəyanatı, Putinlə danışıqlara hazır olduğu haqda dedikləri və enerji resurslarına zərbələrin dayandırılmasına razılaşması təslimiyyət yox, manevrdir:
"Çünki Kiyevin ərazi məsələsində güzəştsiz mövqeyi davam edir, hətta Donbasdan çıxmaq istəməmək qərarının müharibənin həlli yollarını axtaran ABŞ-da narazılıqla qarşılandığına dair məlumatlar var. Fikrimcə, Zelenski ABŞ-ın danışıqlar masasına təzyiqini Rusiyanın üzərinə yönəltməyə çalışır. Danışıqlara hazır olduğu haqda dedikləri və enerji məsələsi ilə bağlı mövqeyi də bundan qaynaqlanır. Kiyevdə bilirlər ki, Putin Zelenski ilə birbaşa danışıqlardan imtina edir. Ukrayna prezidenti bu təkliflə Rusiyanı ABŞ-ın hədəfinə çevirir, təzyiqi istiqamətləndirir. Bunun əksi olarsa, yəni Putin Zelenski ilə danışıqlara gələrsə, bu, Ukraynanın diplomtik masada qələbəsidir. Çünki Putin bəzən mövqeyini yumşaltsa da, əsas yanaşması Zelenskinin legitim prezident olmaması ilə bağlıdır və mümkün görüş onun mövqeyindən geri çəkilməsi olardı. Belə görünür ki, Ukraynanın artıq Rusiyaya qarşı həm müharibə meydanında, həm diplomatik masada müqavimət təcrübəsi kifayət qədər güclənib.
Müharibə meydanındakı vəziyyət da tərəflərdən birinin digəri üzərində maksimal üstünlüyə malik olmdığını göstərir. Bu da avtomatik olaraq danışıqlar masasında hadisələrin inkişafını müəıyyənləşdirən amildir. Qarşıdan qış gəlir, istisna deyil ki, yaxın dövrdə Rusiya hücumlarını genişləndirməyə və yeni strateji mövqelər əldə etməyə çalışacaq. Bu, həm də danışıqlar masasında mövqeyini gücləndirməyə hesablanıb. Lakin Ukraynanın da adekvat cavab vermək imkanları qalır, xüsusilə Rusiyanın dərinliklərinə zərbələrin endirilməsi, enerji resurslarının hədəfə alınması effektiv taktikadır. Ümumi mənzərə belədir ki, Ukrayna müharibəsi həm döyüş meydanında, həm də danışıqlar masasında "sürünən proses" olaraq qalır".
Kurslar.az kurslar [newsid: 0-123300]

"Qalatasaray"ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
"Sabah" rekordla başladı: 4 oyuna 11 cavabsız qol
ÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli oldu
Ermənistana 8 ayda ixrac etdiyimiz məhsulların ümumi dəyəri
Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
Azərbaycanın nefti 127 dollara yüksəldi
Ronaldo çıxış etdiyi klubu ala bilər
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq
İlham Əliyev dini liderlərə nə dedi? - Əsas mesajlar
Tanınmış iş adamı VƏFAT ETDİ
Kallas Putin və ya Lavrovun zənginə cavab verməyə hazır olduğunu bildirib
AccessBank tenderin vaxtını uzatdı
Zelenski təyyarəsinə 2 dəfə hücum cəhdindən danışdı
"AzerGold" Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq