Politoloq: "Azərbaycan TDT-ni strateji əməkdaşlıq mexanizmi kimi nəzərdən keçirir

Politoloq: Sentyabrın 17-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib.
Görüş zamanı TDT-nin beynəlxalq nüfuzunun artırılması, enerji və nəqliyyat layihələrinin inkişaf etdirilməsi, həmçinin regional təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycanın mövqeyi diqqətə çatdırılıb.
Maraqlıdır, Azərbaycanın TDT çərçivəsində bu istiqamətlərdə təşəbbüskar və aparıcı rolunun region və təşkilat üçün hansı nəticələri ola bilər?
Mövzu ilə bağlı azxeber.com-a danışan politoloq Tural İsmayılov bildirib ki, Prezident İlham Əliyevin TDT çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir:
Politoloq: "Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəcə iştirakçı dövlət deyil, təşkilatın gündəliyinin formalaşmasına töhfə verən, təşəbbüslər irəli sürən və qəbul etdiyi qərarların praktiki nəticəyə çevrilməsində maraqlı olan etibarlı tərəfdaş kimi çıxış etməsidir. Bu yanaşma türk dövlətləri arasında əməkdaşlığın simvolik müstəvidən çıxaraq institusional və strateji xarakter almasına xidmət edir. Azərbaycanın TDT çərçivəsində prioritetlərindən biri təşkilatın beynəlxalq nüfuzunun daha da artırılmasıdır. Türk dövlətlərinin potensialının beynəlxalq münasibətlər sistemində daha geniş şəkildə təqdim olunması TDT-nin qlobal proseslərdə fəal mövqe tutması və üzv dövlətlərin maraqlarının beynəlxalq platformalarda daha koordinasiyalı şəkildə ifadə olunması baxımından mühüm istiqamətdir".
Politoloq qeyd edib ki, enerji və nəqliyyat layihələri TDT çərçivəsində əməkdaşlığın ən konkret istiqamətlərindən biridir:
"Azərbaycanın enerji resursları, nəqliyyat infrastrukturu və coğrafi mövqeyi TDT məkanında iqtisadi əlaqələrin genişləndirilməsi üçün ciddi imkanlar yaradır. Xüsusilə Orta Dəhlizin inkişafı türk dövlətlərini Avropa ilə Asiya arasında formalaşan yeni logistika arxitekturasında daha sıx şəkildə birləşdirir. Azərbaycan həm enerji, həm də tranzit imkanları baxımından burada mühüm bağlantı nöqtəsi kimi çıxış edir. Bu istiqamətdə əməkdaşlığın genişlənməsi TDT üzvü olan ölkələr arasında ticarət əlaqələrinin və nəqliyyat imkanlarının artmasına, eyni zamanda regionun beynəlxalq logistika sistemində rolunun güclənməsinə şərait yarada bilər".
T.İsmayılov TDT daxilində ikitərəfli münasibətlərin dərinləşdirilməsinin də mühüm əhəmiyyət daşıdığını vurğulayıb:
"Təşkilatın gücü yalnız çoxtərəfli formatlarda qəbul edilən qərarlarla deyil, üzv ölkələr arasında real iqtisadi, siyasi, humanitar və təhlükəsizlik əlaqələrinin genişlənməsi ilə ölçülür. Azərbaycanın türk dövlətləri ilə münasibətlərində son illərdə müşahidə olunan intensivlik göstərir ki, Bakı TDT-ni yalnız diplomatik platforma kimi deyil, uzunmüddətli strateji əməkdaşlıq mexanizmi kimi nəzərdən keçirir. Bu baxımdan Azərbaycanın təşəbbüsləri TDT daxilində əməkdaşlığın daha konkret mexanizmlər üzərindən qurulmasına və təşkilatın institusional imkanlarının genişlənməsinə təsir göstərə bilər".
Politoloqun sözlərinə görə, təhlükəsizlik məsələləri də TDT-nin gələcək fəaliyyətində əsas istiqamətlərdən biri olacaq:
"Müasir dövrdə terrorizm, radikalizm, separatizm, transmilli cinayətkarlıq və informasiya təhlükəsizliyi kimi çağırışlar ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmır. Buna görə də türk dövlətləri arasında təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsi həm regional sabitlik, həm də təşkilatın institusional imkanlarının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu sahədə Azərbaycanın təcrübəsi və regional mövqeyi TDT çərçivəsində təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi üçün əlavə imkanlar yarada bilər".
T.İsmayılov Azərbaycanın TDT daxilində fəallığının ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biri olduğunu bildirib:
"Azərbaycan türk dünyası ilə münasibətləri digər regional və beynəlxalq tərəfdaşlıqlara alternativ kimi deyil, ölkənin xarici siyasət imkanlarını genişləndirən ayrıca strateji xətt kimi inkişaf etdirir. TDT də bu siyasətin mühüm platformalarından biridir. Nəticə etibarilə, Azərbaycanın təşəbbüskarlığı TDT daxilində siyasi koordinasiyanın güclənməsi, enerji və nəqliyyat əlaqələrinin genişlənməsi, təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsi və təşkilatın beynəlxalq müstəvidə daha fəal mövqe tutması baxımından əhəmiyyətli nəticələr yarada bilər. Burada əsas məsələ siyasi bəyanatların konkret əməkdaşlıq mexanizmlərinə çevrilməsidir".
Fəridə Əsədzadə

Siyasi       Tarix: 18 sentyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?

ABŞ Prezidenti Donald Tramp administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçının Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmələri üçün vizalar

"Gəncəsər və Xudavəng kimi abidələr...' - Deputat

"Tarixi saxtalaşdırmağın ən təhlükəli forması tarixi yenidən yazmaq deyil, onun daş yaddaşına müdaxilə etməkdir. Qarabağdakı xristian dini-mədəni irsi ətrafında illər boyu aparılan mübahisələr də göstərir ki, məsəl

Prezident: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbu

Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik

Azərbaycan çox nadir müsəlman ölkələrindəndir ki, Avropa təşkilatlarında iştirak edir. Ona görə biz bilirik orada nələr baş verir. Bu fikirləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşünd

Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərinin yekunlarına dair paylaşım edib. Hakan Fidan qeyd edib ki, Türkiyə və Azərbaycan bölgədə sabitliyin təmin olunmasında mühüm rol oynayan iki ölkədir. "Qarda

BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbayca

Trampı qəzəbləndirən ADDIM: Kanada Aİ-yə qoşulur?

Kanadanın Baş naziri Mark Karni Avropa Parlamentində çıxışı zamanı bildirib ki, ölkəsi Avropa İttifaqının (Aİ) Kanadaya "assosiativ üzv" statusu verilməsi ilə bağlı ambisiyalarını "alqışlayır". KONKRET.azxəbə

Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan "Tramp marşrutu"nun iki giriş və iki çıxışının Azərbaycanda olacağını bildirib. O, TRIPP-ın Azərbaycan sərhədindən başlayıb Azərbaycanın sərhədində bitəcəyini söyləyib. "Saziş

Lavrov: "Avropa İttifaqı Ermənistanı aldadacaq"

Rusiya xarici işlər naziri Sergey Lavrov Aİ hakimiyyətinin avrointeqrasiya məsələsində Ermənistanı aldadacağını bildirib. KONKRET.azxəbər verir ki, bu barədə Rusiyanın RT nəşri yazıb. Lavrov Ermənistanın Aİ-yə necə daxi


son xeberler azerbaycan xeberleri yeni xeberler axsam az xeberler cəbhədən son məlumat sonxəbər kriminal xeberler