Azərbaycan və Pakistan biznes üçün erkən fəaliyyət planının hazırlanması barədə razılığa gəldi
Azərbaycan və Pakistan biznes sektorunda nümayəndə heyətlərinin mübadiləsi üçün erkən fəaliyyət planının hazırlanması barədə razılığa gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə razılıq Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovun Senat sədrinin müavini Syedaal Xan (Syedaal Khan) ilə keçirdiyi görüşdə əldə olunub.
Görüşdə iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində ikitərəfli və çoxtərəfli əməkdaşlıqla bağlı perspektivlər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər, ikitərəfli münasibətlər və regionun ümumi vəziyyəti müzakirə edilib.
"Pakistan və Azərbaycan arasında iqtisadi-ticarət, investisiya, enerji, müdafiə, kənd təsərrüfatı və təbii sərvətlər sahələrində əməkdaşlığın artırılmasına ehtiyac var. İkitərəfli investisiya və ticarətin təşviqinə təcili ehtiyac var və iqtisadi əməkdaşlığı artımaq üçün mövcud maneələrin aradan qaldırılması lazımdır. Biznes nümayəndə heyətlərinin mütəmadi mübadiləsi ticarət və investisiya imkanları arta bilər. Pakistan, xüsusən Bəlucistan əyaləti mineral sərvətlərlə zəngindir və bu regionun taleyinin dəyişdirilməsində mühüm rol oynayacaq."- Syedaal Xan bildirib.
Xəzər Fərhadov qeyd edib ki, Azərbaycan Pakistanla əlaqələrini daha da inkişaf etdirməkdə maraqlıdır.(report)

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb