Azərbaycan və Pakistan qlobal gündəmə aid məsələləri müzakirə edib

Azərbaycan və Pakistan qlobal gündəmə aid məsələləri müzakirə edibAzərbaycan Prezidenti İlham Əliyev ilə Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı olub, söhbət zamanı qlobal gündəm məsələləri və Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) müzakirə edilib.
azxeber.com  xəbər verir ki, bu barədə Şahbaz Şərif "X" sosial şəbəkə hesabında yazıb.
"Bu axşam sevimli qardaşım, Prezident İlham Əliyev ilə söhbət etməkdən məmnun oldum. Səmimi fikir mübadiləsi zamanı Pakistan və Azərbaycan arasında dərin qardaşlıq əlaqələrini, ticarət, investisiya və enerji sahələrində əlaqələrin və əməkdaşlığın daha da gücləndirilməsinə ortaq sadiqliyimizi təsdiqlədik," - o bildirib.
Şahbaz Şərif həmçinin Bakıda keçiriləcək WUF13 üçün Azərbaycana uğurlar arzulayıb və vurğulayıb ki, tədbir Prezident İlham Əliyevin rəhbərliyi altında qlobal şəhər inkişaf gündəminə mühüm töhfə verəcək. O qeyd edib ki, Pakistan forumda yüksək səviyyədə təmsil olunacaq.
"Biz həmçinin regional hadisələr, xüsusilə Yaxın Şərqdə sülhün bərqərar olunması istiqamətində davam edən səylər barədə fikir mübadiləsi apardıq. Prezident Əliyevin regionda sülh, dialoq və diplomatiyanın təşviqi üçün Pakistanın səmimi səylərinə dair xoş sözlərini yüksək qiymətləndirirəm," - Ş. Şərif əlavə edib.
Qeyd edək ki, Azərbaycan və Pakistan liderlərinin telefon danışığı barədə Prezident İlham Əliyevin də "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Siyasi       Tarix: 13 may 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son dəqiqə xəbərlər.com dunyada son xeberler bugunun xeberleri