Azərbaycan və Qazaxıstan prezidentləri görüşüb - YENİLƏNİB + FOTO

Azərbaycan və Qazaxıstan prezidentləri görüşüb - YENİLƏNİB + FOTOAzərbaycan və Qazaxıstan prezidentləri görüşüb - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Qazaxıstan Prezidentini salamlayan Prezident İlham Əliyev deyib:
- Kasım-Jomart Kemeleviç, Sizinlə yenidən görüşməyimə çox şadam. Burada görüşmək, münasibətlərimizin gündəliyini bir daha nəzərdən keçirmək üçün yaxşı imkandır. Hər şey çox uğurla gedir. Bizim birgə layihələrimiz çoxdur, onlar fəal həyata keçirilir. Buna görə də ümidvarıq ki, 2020-ci il də ölkələrimiz arasında münasibətlər üçün uğurlu olacaq. Biz əmtəə dövriyyəsini artırmağa çox ümid bəsləyirik. Düşünürəm ki, nəqliyyat, energetika, turizm sahələrində yaxşı imkanlar var. Ölkələrimizin vətəndaşları arasında fəal gediş-gəliş var. Bu, ölkələrimizdə turizmin inkişafı üçün çox yaxşı perspektivlər də yaradır.
Əlbəttə, bizim tərəfimizdən ratifikasiya edilmiş Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə Konvensiyanın imzalanması son dövrün ən vacib hadisəsi olub. İnanıram ki, Xəzərdə gələcək əməkdaşlığımız bütün Xəzəryanı ölkələrə daha çox dividend gətirəcək.
Kommunikasiya sahəsində fəal qarşılıqlı fəaliyyəti də qeyd etmək istərdim. Ötən il Xəzərin dibi ilə kabelin çəkilməsinə başlanılıb. Bu, ölkələrimizi daha sıx birləşdirəcək bir layihədir. Yəni, biz ikitərəfli münasibətlərin davamlı inkişafı yolu ilə gedirik. Əminəm ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri gələcəkdə də möhkəmlənəcək.
Prezident Kasım-Jomart Tokayev deyib:
- Hörmətli İlham Heydər oğlu. Sizi burada, Münxendə görməyimə şadam. Elə bu yaxınlarda biz Soçidə görüşmüşük. Bizim çox yaxşı görüşümüz oldu. Sonra biz Aşqabadda MDB Sammitində görüşdük. Dövlətlərimiz arasında münasibətlərə gəldikdə isə həqiqətən də çox böyük yol qət edilib. Əslində elə sıfırdan başladıq və indi, demək olar, bütün sahələrdə qarşılıqlı münasibətlərin çox yüksək səviyyəsinə nail olmuşuq. Bu əməkdaşlığın əsasını bizim böyük sələflərimiz Nursultan Abişeviç Nazarbayev və Heydər Əlirza oğlu Əliyev qoyublar. Mən özüm Xarici İşlər naziri olanda müəyyən mənada bu əməkdaşlığın qurulmasında iştirak etmişəm. Fəxr ediləsi uğurlarımız var. Şəksiz ki, Qazaxıstan Azərbaycanla əməkdaşlığı qiymətləndirir və onu qoruyur. Siz düzgün qeyd etdiniz ki, bizdə istər nəqliyyat, istər kommunikasiyalar, istərsə də ticarət olsun, strateji xarakter daşıyan sahələr var. Biz, mahiyyətcə, Xəzər dənizi vasitəsilə qonşu dövlətlərik. Xəzər dənizinin statusu haqqında müvafiq Konvensiya da Aktau şəhərində imzalanıb. Bu, Xəzərdə irimiqyaslı əməkdaşlığın təməlini qoyur və əlbəttə, bu əməkdaşlıq, mahiyyət etibarilə, strateji əməkdaşlıqdır. Biz fürsətdən istifadə edərək, indicə səfərlərin qrafikinə, o cümlədən istər Sizin Qazaxıstana səfərlərinizin, istərsə də bizim birinci Prezidentimizin Bakıya səfərlərinin qrafikinə baxdıq. Sizin üçün hər hansı münasib vaxtda Sizi ölkəmizə səfərə dəvət etməyi vacib sayıram. Bizim həqiqətən də müzakirə olunası və həll ediləsi bir çox məsələlərimiz var. Çünki həyat yerində saymır, qarşılıqlı münasibətlərimizin yüksək səviyyədə olmasına baxmayaraq, yeni hüdudlar yaranır ki, onları da biz birgə səylərimizlə aşmalıyıq.
Prezident İlham Əliyev: Çox sağ olun. Dəvətinizi məmnuniyyətlə qəbul edərəm. Mən də Sizi rəsmi səfərə dəvət etmək istərdim.
X X X
Söhbət zamanı Qazaxıstan Prezidenti dövlətimizin başçısını ölkəmizdə parlament seçkilərinin uğurla keçirilməsi və Yeni Azərbaycan Partiyasının qələbəsi münasibətilə təbrik edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
19:55
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb.
Bu barədə AZƏRTAC məlumat yayıb. 
Azərbaycan və Qazaxıstan prezidentləri görüşüb - YENİLƏNİB + FOTOAzərbaycan və Qazaxıstan prezidentləri görüşüb - YENİLƏNİB + FOTOAzərbaycan və Qazaxıstan prezidentləri görüşüb - YENİLƏNİB + FOTOAzərbaycan və Qazaxıstan prezidentləri görüşüb - YENİLƏNİB + FOTO

Siyasi       Tarix: 14 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam.az xeberler krimnal xeber bugünkü son xəbərlər xeber.az bu gun