Azərbaycan və Qırğızıstan dost, qardaş və tərəfdaşdırlar
Azərbaycan və Qırğızıstan türkdilli respublikalar olmaqla yanaşı, həm də dost və qardaş ölkələrdir. Hər iki ölkə bütün beynəlxalq təşkilatlarda, həmçinin BMT, ATƏT, İslam Əməkdaşlıq, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində həmişə biri-birini dəstəkləyir.
Azərbaycanın Qoşulmama Hərəkatında sədrlik müddətinin uzadılmasında da digər türkdilli ölkələrlə bərabər Qırğızıstan Respublikasının da yaxından dəstəyi olub.
Azərbaycan və Qırğızıstan Respublikası dost və qardaş ölkə olmaqla bərabər, həm də tərəfdaşdırlar. Respublikaların eyni zamanda əmtəə, ticarət əlaqələri var ki, bu əlaqələri daha da genişləndirmək nəzərdə tutulur.
Qırğızıstan Respublikasının Prezidenti Sadir Japarov bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olub.
Azərbaycan və Qırğızıstan prezidentlərinin 20 aprel 2022-ci il tarixdə baş tutan görüşündə respublikalar arasında nəqliyyat infrastrukturu və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərilməsi ilə bağlı görüləcək işlər müzakirə olunub. Regional mövzulara dair fikir mübadiləsi aparılıb. Ümumiyyətlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələrinə dair danışıqlar aparılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Biz, əlbəttə, ticari-iqtisadi münasibətlər məsələləri ilə yanaşı, kənd təsərrüfatı ilə bağlı məsələləri də müzakirə etdik. Burada müvafiq nazirlərə konkret tapşırıqlar verdik. Fikrimcə, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti prezidentlərin tapşırıqlarının əməli sürətdə yerinə yetirilməsi məqsədilə yerində iş aparmaq üçün yaxın vaxtlarda Qırğızıstana səfər edəcək. Əlbəttə, bizi birləşdirən humanitar sahə, bizim mənəvi köklərimizdir. Bütün bunlar bizim dövlətlərarası münasibətlərdə də həmişə mövcud olmuş və olacaq amildir.
Biz Azərbaycanın qədim Şuşa şəhərinin gələn il "Türk dünyasının Mədəniyyət Paytaxtı" olması təşəbbüsünü dəstəklədiyinə görə Qırğızıstana təşəkkür edirik. Biz bütün türk dövlətlərinin, o cümlədən Qırğızıstanın bu qərarını çox yüksək dəyərləndiririk. Şuşa şəhərinin bərpası üzrə planlarımız fəal icra olunur və icra olunacaq. Bu səbəbdən türk dünyasının mədəniyyət paytaxtı adını daşımaq kimi yüksək şərəf bizim üzərimizə qədim, gözəl şəhərimizi daha fəal bərpa etmək öhdəliyi qoyur".
Çox qürurverici bir haldır ki, Azərbaycanın 270 yaşlı mədəniyyət paytaxtı, muğam-sənət beşiyimiz olan, Azərbaycanın şöhrətinə şöhrət qatan, Azərbaycan mədəniyyətinə və incəsənətinə misilsiz töhfələr vermiş qədim Şuşa şəhəri 2023-cü il üçün "Türk Dünyasının Mədəniyyət Paytaxtı" elan edilib.
Hazırda 44 günlük müharibə ərzində xalqımızın igid övladları tərəfindən azad edilmiş digər ərazilərdə olduğu kimi, Şuşa şəhərində də genişmiqyaslı quruculuq işləri gedir. Ermənilər tərəfindən dağıdılmış, güllələnmiş mədəniyyət abidələrimiz yenidən, əsaslı şəkildə bərpa edilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Müzakirə etdiyimiz bütün məsələlərə dair aramızda tam qarşılıqlı anlaşma var və biz imzalanmış sənədlərdə bunu tətbiq etmişik. Təbii ki, bir daha qeyd etmək istəyirəm, bu sənədlər arasında ən əsası Strateji Tərəfdaşlıq haqqında Bəyannamədir. Biz bundan sonra da bütün məsələlərdə bir-birimizi dəstəkləyəcək, əməkdaşlıq edəcək və müvafiq strukturlarımızın fəaliyyətində konkret nəticələrə nail olacağıq.
Şəhla Ağbulud
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik