Azərbaycan və Rusiya prezidentləri Astanada GÖRÜŞƏCƏK

Azərbaycan və Rusiya prezidentləri Astanada GÖRÜŞƏCƏKPutin Əliyevlə Astanada görüşəcək.
KONKRET.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib. O bildirib ki, MDB dövlət başçılarının sammitlərində iştirak etmək üçün Astanaya gələcək Rusiya Prezidenti Vladimir Putin oktyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq.
Uşakov qeyd edib ki, liderlər sonuncu dəfə oktyabrın 7-də Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti zamanı görüşüblər, lakin Astanada daha ətraflı görüşün keçirilməsi barədə razılığa gəliblər.
Onun sözlərinə görə, ölkələr arasında əlaqələr konstruktiv şəkildə inkişaf edir. Kreml nümayəndəsi əlavə edib ki, danışıqlarda təkcə ikitərəfli əməkdaşlıq deyil, həm də Ermənistan-Azərbaycan münasibətləri müzakirə olunacaq. O vurğulayıb ki, Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına fəal və hər cür töhfə verir.
Uşakov həmçinin bildirib ki, Rusiya Azərbaycanın əsas xarici iqtisadi tərəfdaşlarından biridir. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 16,1% artaraq 3,4 milyard ABŞ dolları təşkil edib, bu ilin yanvar-avqust aylarında ticarət dövriyyəsinin həcmi 2,2 milyard dollar təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 11,5 faiz çoxdur. Azərbaycanda 900-dən çox müştərək şirkət fəaliyyət göstərir, ölkə iqtisadiyyatına Rusiya investisiyalarının həcmi təxminən 4,5 milyard dollardır.
Xuraman Etibarlı,
KONKRET.az

Siyasi       Tarix: 13 oktyabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb


yeni xeberler azerbaycan xeberleri son xeberler idman xeberleri xəbərlər krminal bu gun xəbər