Azərbaycan və Rusiyanın baş nazir müavinləri Moskvada GÖRÜŞDÜ
Moskvada Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevlə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk arasında görüş keçirilib.
KONKRET.az xəbər verir ki, Overçukun administrasiyasından verilən məlumata görə, baş nazirin müavinləri Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın gündəliyində duran ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın cari məsələlərini nəzərdən keçiriblər.
Hökumətlərarası komissiyanın həmsədrləri ikitərəfli əməkdaşlığın səmərəliliyini təsdiq edərək, ticarətin inkişafının müsbət dinamikasını vurğulayıblar. Görüşdə 2023-cü ilin yanvar-oktyabr aylarında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artımının 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20% artdığı vurğulanıb.
Tərəflər əməkdaşlığın bütün sahələrində Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR