Azərbaycan və Türkiyə arasında daha bir anlaşma sənədi imzalandı - FOTO
Azərbaycanla Türkiyə arasında ailə, qadın və uşaq siyasəti sahəsində əməkdaşlıq protokolunun fəaliyyət planı imzalanıb.
KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık tviterdə yazıb.
Onun sözlərinə görə, sənədə əsasən ailə xidmətləri, ailə təhsili kimi sahələrdə təcrübə mübadiləsi aparılacaq: "Beləliklə, ölkələrimizin sosial və mədəni inkişafına töhfə vermək istəyirik. Azərbaycanla hər sahədə olduğu kimi, qadın, ailə və uşaq məsələsində də çiyin-çiyinə olmağa davam edəcəyik".
D.Yanık həmçinin qeyd edib ki, fəaliyyət planı çərçivəsində türk dövlətlərində ailə dəyərlərini təbliğ etmək, dəstəkləmək və gücləndirmək məqsədilə "Türk Dünyası Ailə Festivalı"nın təşkili planlaşdırılır.
Sənədi Azərbaycan tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova imzalayıb.
Qeyd edək ki, B.Muradova Türkiyədə səfərdədir.

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü