Azərbaycan və Türkiyənin vəzifələrindən biri İranın parçalanmasıdır - Babayan yenə SAYAQLADI
Bakı gizlətmir ki, Azərbaycan və Türkiyənin super vəzifələrindən biri də İranın parçalanmasıdır.
KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı qondarma qurumun "xarici işlər naziri" David Babayan NEWS.am-a müsahibəsində bildirib.
Qanunsuz rejimin nümayəndəsi "Azərbaycanın açıq-aşkar anti-İran siyasəti yürütməsi" ilə bağlı əsassız suala cılız ağlı ilə münasibət bildirməyə çalışıb:
"Bu yanlış addır, çünki tarixən Azərbaycan və ya Atropatena təkdir və İranda yerləşir. İndiki Azərbaycan Respublikası və ya Azərbaycan geosiyasi məqsədlər üçün süni şəkildə yaradılıb", – Babayan sayaqlayıb.
"Məncə, çoxları Türkiyə və Azərbaycanın nə qədər təhlükəli oyun oynadığını anlayır. Biz isə həmişə demişik ki, flört siyasəti yaxşılığa aparmır. Keçən əsrin 30-cu illərinin ssenarisi təkrarlana bilər, o zaman ki, hamı öz maraqlarını güdərək, nasist Almaniyası ilə flört etməyə çalışdı və hər şeyini itirdi. Türkiyə və liderlərinin siyasəti isə Almaniyada baş verənlərə çox bənzəyir. İndi bir sıra ölkələr eyni səhvi təkrarlayır, Türkiyə ilə flört edirlər", – deyə Babayan bildirib.
Günel Mikayılova,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü