Azərbaycan və Uqanda arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Uqanda arasında siyasi məsləhətləşmələr keçirilibAzərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Uqanda Respublikasının Xarici İşlər Nazirliyinin beynəlxalq məsələlər üzrə dövlət naziri Henri Okello Oryemin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən azxeber.com-a verilən xəbərə görə, görüş zamanı, Azərbaycan ilə Uqanda arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri geniş şəkildə müzakirə olunub. Diplomatik münasibətlərin qurulduğu son 30 ildə əlaqələrin sürətlə inkişafından məmnunluq ifadə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın Uqanda ilə, ümumilikdə Afrika ölkələri ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayaraq, Uqanda ilə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialın səmərəli istifadəsinin vacibliyini diqqətə çatdırıb. Bu çərçivədə iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, enerji, turizm və təhsil sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Uqandada "ASAN xidmət" modeli əsasında fəaliyyət göstərən Dövlət Xidmətləri Mərkəzlərinin açılışı təqdir olunub.
Tərəflər investisiya imkanlarının təşviqi, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər.
Görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib. Bu çərçivədə, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı fəaliyyət, o cümlədən Hərəkatın sədrlik institutu və "troyka" mexanizmi çərçivəsində əməkdaşlığın faydalı olduğu, çoxtərəfli platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsinin önəmi vurğulanıb.
Azərbaycan tərəfindən beynəlxalq təqaüd proqramları çərçivəsində, o cümlədən Qoşulmama Hərəkatına üzv ölkələr üçün nəzərdə tutulmuş proqram çərçivəsində Uqanda tələbələrinin Azərbaycan ali təhsil müəssisələrində təhsil imkanlarından faydalandığı məmnunluqla qeyd olunub.
Regional və beynəlxalq təhlükəsizlik məsələləri, habelə qlobal çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov keçmiş münaqişə, post-münaqişə dövründə regionda mövcud vəziyyət, bərpa və quruculuq işləri, eləcə də sülh gündəliyinin irəlilədilməsi istiqamətində atılan addımlar barədə qarşı tərəfi məlumatlandırıb.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələləri nəzərdən keçiriblər.
Eyni gündə, Azərbaycan və Uqanda Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Uqanda tərəfdən isə Xarici İşlər Nazirliyinin Beynəlxalq məsələlər üzrə dövlət naziri Henri Okello Oryem rəhbərlik edib.

Siyasi       Tarix: 05 aprel 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberlər cəbhədən son durum xeberler bu qun gunun xeberleri