"Azərbaycan xalqına qarşı növbəti nifrət kampaniyasına şahid oluruq" - BƏYANAT
"Azərbaycan xalqına qarşı növbəti nifrət kampaniyasına şahid oluruq" - BƏYANAT
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması son günlər Ermənistan silahlı bölmələrin Azərbaycanın Tovuz rayonu istiqamətində təxribat cəhdləri ilə bağlı bəyanat yayıb.
İcmadan verilən məlumata görə, bəyanatda deyilir:
"Son günlər Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi təcavüz fonunda, dünyanın müxtəlif ölkələrində diplomatik nümayəndəliklərimiz və soydaşlarımıza qarşı radikal erməni qrupları tərəfindən barbarcasına mütəşəkkil hücumlar təşkil edilib. Bütün bunlar Ermənistan rəhbərliyinin illərlə yürütdüyü Azərbaycanfobiya siyasətinin nəticəsidir və hazırkı Paşiniyan hakimiyyəti də bunu təşviq edir.
Vaxtilə azərbaycanlıları hədəfə alan nifrət kampaniyaları Azərbaycan xalqının əsrlərdir yaşadığı ata-baba yurdlarından etnik təmizləməyə məruz qalması ilə nəticələnmişdi. Təəssüflər olsun ki, indi Azərbaycan xalqına qarşı növbəti nifrət kampaniyasına şahid oluruq. Amma Ermənistan rəhbərliyinin bizə qarşı nifrət aşılayaraq, Azərbaycan Respublikasından yeni ərazi qoparmaq planları bu dəfə tam iflasa uğrayacaq və əks effekt verəcək. Ermənistan-Azərbaycan münaqişəsinin həllini dəstəkləyən bəyanat və çağırışlarımız nəinki Ermənistan tərəfindən qəbul edilməyib, hətta bizim mövcudluğumuz inkar edilmiş və bizlər Ermənistan rəhbərliyinin əlaltıları tərəfindən nifrət dolu mesajlara məruz qoyulmuşuq.
Soydaşlarımızın dünya boyu sərgilədiyi vətəndaş mövqeyi bizi hədsiz ruhlandırır. İstər səngərdə, istərsə də xarici ölkələrdə Azərbaycan bayrağına nifrət dolu gözlərlə baxan ASALA təfəkkürlü ermənilərin qarşısında möhkəm dayanan bütün azərbaycanlı qardaş və bacılarımızla qürur duyuruq! Dəyərli soydaşlarımızı erməni təxribatlarına uymadan soyuqqanlı davranmağa və özlərini mümkün erməni terror hücumlarından qorumağa çağırırıq". /oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Masallıda kişi evində ölü tapıldı
Yevlaxda üçotaqlı ev yandı
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."
Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."
Netanyahu onlardan milyonluq təzminat tələb edir
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə