Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük

Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürükDövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2018-ci ildə Azərbaycan  Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə  Bakının Azadlıq meydanında keçirilən  təntənəli hərbi paradda böyük inamla səsləndirdiyi bu çağırışı xatırlatmaq istərdik: "Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan Bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq."
Həmin paradda 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda  qaldırılan bayraqlarımız nümayiş olundu.  Paraddan çox keçmədi ki, 2020-ci ilin 27 sentyabr tarixində başlanan İkinci Qarabağ müharibəsində rəşadətli ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  tarixi Zəfərə imza atdı, dünya hərb tarixinə yeni səhifə yazdı. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycanın hərbi-siyasi qələbəsi və Ermənistanın kapitulyasiyası təsdiqləndi.  44 gündə 30 ilin işğalına son qoyan Azərbaycan bununla bütün sahələrdə mövcud imkanlarını təqdim etdi. Prezident-Xalq-Ordu birliyi, həmrəyliyi  şanlı Qələbəmizin əsası oldu. Vətən müharibəsinin rəmzinə çevrilən "Dəmir yumruq" həm gücümüzü, həm də birliyimizi nümayiş etdirdi. Həmin il dekabrın 10-da  Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Dövlət başçısı İlham Əliyevin həmin paradda qeyd etdiyi kimi, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir: "Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan Bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik."
Tarixi Zəfərimizdən sonra ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinə doğru irəliləyən Azərbaycan bu məsələni də sülh yolu ilə həll etməyə səy göstərdi. Lakin Ermənistan üzərinə düşən öhdəliyi yerinə yetirməmək üçün hər vasitəyə əl atdı,  mütəmadi olaraq hərbi təxribatlar törətdi. Düşmənin bu təxribatları Silahlı Qüvvələrimizin  Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə bir günlük antiterror tədbirlərini həyata keçirməsini şərtləndirdi. Bu tədbirlər nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimizin tam bərpa edilməsi ilə Azərbaycanın həyatında yeni dövr başladı. Sentyabrın 20-si yeni dövrün başlanğıcı oldu.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə azxeber.com-a açıqlamasında bildirib.
Millət vəkili vurğulayıb ki, bu qürurverici hadisənin məhz "Heydər Əliyev İli"nə, Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyevin Prezidentliyinin 20 illiyinə təsadüf etməsi dövlətimizin başçısının Ümummilli Lider Heydər Əliyevin  etimadını doğrultması ilə yanaşı, ata vəsiyyətini tam yerinə yetirməsinin nümayişinə çevrildi. Ulu Öndərin ən böyük arzusu Qarabağı, Şərqi Zəngəzuru, Şuşanı azad görmək idi. Prezident İlham Əliyev Ulu Öndərin anadan olmasının 100 illiyi ilə bağlı müraciətini də Şuşadan etdi, bu ilin 10 may tarixində  Şuşa şəhərinə ilk köçən sakinlərlə görüşdü. Ümumiyyətlə, son dörd ilin reallıqlarına diqqət yetirsək görərik ki, hər bir əlamətdar gün, bayramlarımız işğaldan azad edilmiş ərazilərimizdə qeyd edilir. Dövlətimizin başçısı İlham Əliyev ötən ilin 15 oktyabr tarixində Prezidentliyinin 20 ilinin tamamında  Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə ucaltdı. Xankəndi şəhərindən müraciətində bildirdi ki, iyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat  bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün  bu müqəddəs anı yaxınlaşdırırdıq. Bu illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiq yerini tutdu. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da geniş coğrafiyada böyük məna daşıyır. Bu illər ərzində artıq tarixin arxivinə atılmış Qarabağ  münaqişəsini həll etmək üçün güclü  siyasi və hüquqi zəmin yaradıldı. Elə bir güclü ordu yaradıldı ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirməyə qadirdir. Tarixi Zəfərimiz, suverenliyimizin tam bərpa edilməsi bunun bariz nümunəsidir.
    Vüqar Rəhimzadə qeyd edib ki, suverenliyimizin bərpasından,  separatçılardan təmizlənmiş ərazilərimizdə Azərbaycan Bayrağının ucaldılmasından ötən bir ildə tariximizə mühüm səhifələr yazıldı. Ötən ilin  noyabrında Xankəndidə Vətən müharibəsində əldə edilmiş Zəfərimizin üçüncü ildönümünə həsr olunmuş hərbi parad keçirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu məkandan Ermənistana və ona havadarlıq edən dövlətlərə növbəti mesajını ünvanladı: "Biz göstərdik ki, Qarabağ Azərbaycandır, döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq və bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin. Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin."
Milli Məclisin deputatı onu da bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu il Novruz tonqalını da Xankəndi şəhərindəki Zəfər meydanında alovlandırdı və bu məkandan xalqımızı təbrik etdi. Bir daha qeyd etdi ki, dördüncü dəfədir bayram tonqalını  azad edilmiş Qarabağ torpağında qalayır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə  Talış kəndində,  2024-cü ildə  isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir.  Belə bir çağırış da səsləndirildi ki, buradan xalqa təbrikləri çatdırmaq böyük xoşbəxtlikdir. Hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Fəxr edirik ki,  özümüz ədaləti bərpa, torpaqlarımızı işğalçılardan azad etdik,  gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə özü peşman olacaq.
Vüqar Rəhimzadə keçilən yolun qısa təhlili əsasında bu məqamı xüsusi qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev nəyi, necə və nə vaxt etmək lazım olduğunu yaxşı bilir. Azərbaycan addım-addım hədəfə doğru irəliləyir. Hədəflər ardıcıllığı ilə diqqət çəkir. Suverenliyimizin bərpası ilə  müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində prezident və parlament seçkiləri keçirildi. Suverenliyimizin bərpasının ildönümündə Prezident İlham Əliyev  Xankəndi, Şuşa, Ağdam şəhərlərində oldu,  mühüm sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak etdi.  Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edən dövlətimizin başçısı İlham Əliyev müəllim və tələbə heyəti ilə görüşündə tarixi Zəfərimizə gedən yoldan, suverenliyimizin bərpasından və yaranan yeni reallıqlardan geniş bəhs edərək günümüzün əsas çağırışlarını diqqətə çatdırdı. Bildirdi ki, müharibədən keçmiş ölkə kimi və Ali Baş Komandan kimi müharibənin nəticələrini şərtləndirən amillərə nəzər salaraq, təhlil edərək tam əminliklə deyə bilərəm ki, birinci yerdə  milli ruh məsələləridir, mənəvi hazırlıqdır. Təbii ki, peşəkarlıq, qəhrəmanlıq, texniki təchizat - bütün bunlar da vacib amillərdir. Ancaq mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz. 44 gün ərzində bu çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək,  -müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir! Bu, həqiqətdir. Hər bir qərəzsiz təhlilçi, hərbi ekspert və obyektiv insan bizim bütün bu 44 günlük qəhrəmanlıq salnaməsini təhlil edərək eyni nəticəyə gəlməlidir.
Millət vəkili tarixi Zəfərimizin və suverenliyimizin reallıqları əsasında işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərindən bəhs edib. Bildirib ki, bu gün  Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. Dövlətimizin başçısı İlham Əliyev "Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik" söyləməklə növbəti hədəfimizin də tezliklə reallığa çevriləcəyinə əminliyini ifadə edir. Hər zaman irəliyə baxan, zamanı qabaqlamağa səy göstərən və buna nail olan  Azərbaycan bu gün yeni dövrün hədəfləri ilə dünyanın diqqətindədir.

Siyasi     Baxılıb: 150   Tarix: 11 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Milli Məclisdən qalmaqallı bəyanata cavab - MƏTN

Milli Məclis Avropa Parlamentinin 18 dekabr tarixli qətnaməsi ilə əlaqədar bəyanat yayıb. bəyanatı təqdim edir:. "Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin 2025-ci il 18 dekabr tarixli qətnaməsin

ŞOK: ABŞ üçün ikinci İraq və Əfqanıstan ssenarisi: Bu ölkəyə hücum İsraili MƏHV EDƏCƏK

Yaxın Şərqdə gərginlik davam edərkən, İsrail–İran münasibətlərinin yenidən hərbi müstəviyə keçib-keçməyəcəyi sual doğurur. Bəs, gələn il İsrail–İran arasında hərbi qarşıdurmanın yenidən alovlanma ehtimalı nə qədər realdır?

Azərbaycandan yola salınan neft məhsullarının ilk partiyası Ermənistana çatdı

Azərbaycan mənşəli, 1300 ton tutumlu Aİ-95 markalı benzinlə yüklənmiş 22 vaqonluq qatar Ermənistan-Gürcüstan sərhədindən keçərək Ermənistana çatıb. Bu barədə Ermənistan Respublikasının iqtisadiyyat naziri Gevorq Papoyan özünü

İlham Əliyevin BƏƏ Prezidenti ilə görüşü oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkədə səfərdədir. xəbər verir ki, dekabrın 17-də Əbu-Dabidə Azərbaycan Respublikasını

Suriya ordusunda Azərbaycan modeli tətbiq ediləcək

Türkiyə Suriyanın ordusuna Azərbaycan modeli əsasında dəstək verməyə hazırdır. xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Yaşar Gülər bildirib. Nazir vurğulayıb ki, Türkiyə əvvəllər Azərbaycan, Liviya və Somali orduların

Avropa Komissiyası Gürcüstanla bağlı sərt qərar verə bilər

Avropa Komissiyası Gürcüstanla vizasız rejimin tam ləğvini istisna etmir. KONKRET. -a istinadən bu barədə qurumun vizasız səyahətin dayandırılması mexanizmi üzrə səkkizinci hesabatında bildirilib. Məlumata görə, Tbilisi Avrop

Vilayət Eyvazov yenidən Atıcılıq Federasiyasının prezidenti seçilib - FOTOLAR

Azərbaycan Atıcılıq Federasiyasının ümumi yığıncağı keçirilib. xəbər verir ki, Federasiyanın baş katibi Emin Cəfərov 2022–2025-ci illər ərzində Azərbaycan Atıcılıq Federasiyasının fəaliyyəti, keçirilən yarışlar, əldə oluna

Azərbaycan–Türkiyə Hökumətlərarası Komissiyası Bakıda toplanacaq

Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası Bakıda keçiriləcək. Bu barədə -a Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib. Qeyd olunub ki, Komissiyanın növbət

ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun ilk görüşü keçirildi

Vaşinqtonda ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun ilk görüşü keçirilib. Bu barədə məlumatı ABŞ-nin Azərbaycandakı Səfirliyi yayıb. . Bildirilib ki, dekabrın 19-da Vaşinqtonda ABŞ və Azərbaycan hökumətlərinin yüksəkvəzifəl


yeni xeberler son xeberler azerbaycan xeberleri krimnal bugun idman xeberleri valyuta mezennesi 2025 sonxeberler