Azərbaycan XİN-dən Beynəlxalq Ədalət Məhkəməsinin qərarına - MÜNASİBƏT

Azərbaycan XİN-dən Beynəlxalq Ədalət Məhkəməsinin qərarına - MÜNASİBƏTOktyabrın 12-də Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan tərəfindən 16 sentyabr 2022-ci il tarixində təqdim olunan yeni halların 7 dekabr 2021-ci il tarixli qərarda göstərilən tədbirləri dəyişdirmək üçün yetərli olmadığını bəyan edərək Azərbaycana qarşı verilmiş vəsatəti rədd edib.
Bu barədə azxeber.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu qərar hər bir saxlanılan ermənilərə Məhkəmənin əvvəlki qərarına tam uyğun olaraq münasibət göstərilməsi, eləcə də saxlanılan şəxslərlə insani və ayrı-seçkilik olmadan rəftar edilməsi barədə Azərbaycanın beynəlxalq və milli öhdəliklərinə uyğundur: "Bununla belə, Azərbaycan Baş Prokurorluğu tərəfindən 17 sentyabr və 2 oktyabr 2022-ci il tarixlərində elan edildiyi kimi, sosial şəbəkələrdə anonim şəkildə yayılan, Azərbaycan hərbçilərinin qanunsuz hərəkətləri kimi iddia edilən video görüntülərlə bağlı hazırda ətraflı təhqiqat aparılır. Əvvəlki dövrdə yayılan və təsdiqini tapmış bəzi video görüntülərlə bağlı cinayət işləri açılaraq təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi təmin edilib. Bunun əksinə, Ermənistan Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı bu günədək törədilmiş çoxsaylı hərbi cinayətlərə və digər qanunsuz əməllərə görə, o cümlədən üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycanda 1400-dən artıq yeni minaların yerləşdirilməsində, həmçinin bu günlərdə ikinci ildönümü anılan Gəncə kimi mülki əhalinin sıx yaşadığı şəhərlərə 44 günlük müharibə ərzində amansız raket zərbələrinin endirilməsində təqsirkar şəxsləri məsuliyyətə cəlb etmək üçün heç bir addım atmayıb".
Vurğulanıb ki, həm Azərbaycan, həm də beynəlxalq müşahidəçilər, o cümlədən Avropa Şurasının xüsusi məruzəçisi və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi dəfələrlə Ermənistanın hərbi qulluqçuları tərəfindən hərbi cinayətlərin törədilməsinə işarə edən və sosial şəbəkələrdə geniş yayılmış video görüntüləri araşdırmağa və təqsirkar şəxsləri məsuliyyətə cəlb etməyə çağırıb: "Beynəlxalq ictimaiyyət bu əməllərə görə Ermənistanı məsuliyyətə cəlb etməlidir. Azərbaycan davam edən sülh prosesinə və danışıqlara, habelə beynəlxalq hüquq çərçivəsində bütün insanların hüquqlarının qorunmasına sadiq qalır".

Siyasi       Tarix: 22 oktyabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd


azerbaycan xeberleri son xeberler yeni xeberler xankendi son xeber az idman xeberleri sonxəbər