Azərbaycan "yaşıl enerji" siyasətini uğurla həyata keçirir - Səttar Möhbalıyev

Azərbaycan "Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən ölkəmizin enerji siyasəti, əminliklə deyə bilərik ki, dünyanın enerji təhlükəsizliyinin mühüm tərəfinə çevrilib. Bilavasitə Prezident İlham Əliyevin beynəlxalq miqyaslı təşəbbüsləri ilə ərsəyə gələn layihələrlə ölkəmiz xüsusən Avropanın enerji xəritəsini dəyişməyi bacarıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarət "Cənub qaz dəhlizi" kimi nəhəng layihələrin reallığa çevrilməsi ölkəmizin gücünü və onun enerji siyasətinin effektivliyini göstərir. Xatırladım ki, bir zamanlar hətta enerjiyə olan daxili tələbatını idxalla ödəyən Azərbaycan bu sahə üzrə düzgün qurulmuş və həyata keçirilmiş siyasət nəticəsində hazırda dünyaya enerji ötürür. Həmçinin qeyd edim ki, Avropanın üzləşdiyi dərin enerji böhranında Azərbaycan mühüm ümid yeri hesab olunur".
KONKRET.az xəbər verir ki, bu fikirləri Pravda.az-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, bu gün ölkəmiz yerləşdiyi əlverişli təbii coğrafi mövqeyi və iqlimindən yararlanaraq alternativ enerji mənbələrinə də üstünlük verir, genişmiqyaslı işlər həyata keçirir və bu istiqamətdə nəzərəçarpacaq dərəcədə müsbət dinamika müşahidə olunub: "Belə ki, istehsal olunan enerjidə bərpa olunan enerji mənbələrinin çəkisi artmaqdadır. Təbii ki, bunun bir sıra üstünlükləri var. İlk növbədə, ekoloji cəhətdən təmizdir, ətraf mühiti çirkləndirmir, tükənən deyil, hətta məhdud və kiçik ərazidə tətbiq imkanları mövcuddur. Məlumdur ki, həm günəş, həm də külək enerjisindən faydalanmaq üçün ölkəmizin potensialı böyükdür. Xüsusən Xəzərsahili ərazilərdə küləkli günlərin sayının çoxluğu, eləcə də ölkə ərazisinin günəşli olması bu sahənin inkişafına şərait yaradır".
"Oktyabrın 26-da Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyası olan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi baş tutdu. Prezident İlham Əliyevin mərasimdə iştirakı onun bu sahənin inkişafına dəstəyinin göstəricisidir. Dünyanın böyük və nüfuzlu şirkətlərinin, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin ölkəmizə olan marağı, bu cür layihələrə maliyyə yatırması, təbii ki, Azərbaycanda uzun illərdir mövcud olan siyasi sabitlik və yaradılmış əlverişli investisiya mühiti ilə bağlıdır. Stansiya həmçinin ölkəmizdə təbii qaza olan tələbatı azaldacaq, bu da qaz ixracının artmasına, maliyyə imkanlarının yüksəlməsinə kömək edəcək. Həm də məşğulluq, ixtisaslı kadrların yetişməsi baxımından Qaradağ Günəş Elektrik Stansiyasını əhəmiyyətlidir", – Milli Məclisin deputatı deyib.

Siyasi       Tarix: 28 oktyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbərlər bugün valyuta mezennesi banklar xabar az sonxeberler