Azərbaycan yaxşı fürsət qazandı - ƏTRAFLI
Ermənilərin Qarabağda yaratdıqları "humanitar böhran " şousu davam edir. Özlərini dünyada məzlum kimi göstərən ermənilər guya Qarabağda acından öldüklərini dünyaya car çəkməklə, Azərbaycanın imicinə zərbə vurmağa çalışırlar. Laçın sərhəd-keçid məntəqəsinə yük maşınlarını toplayan Ermənistan xarici havadarlarının çaldığına oynayır. Bu gün ermənilər növbəti təxribata əl ataraq bir neçə avtobus dolu adamla Laçın sərhəd-keçid məntəqəsinin qarşısına gəlmək istəyiblər. Nəticədə Rusiya sülhməramlılarından rədd cavabı alan ermənilər geri çəkiliblər.
Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirdi ki, ermənilərin bu cür təxribatlarına hələ çox rast gəlinəcək:
"Tırlar vasitəsi ilə Qarabağ iqtisadi rayonuna "humanitar yüklərin" daşınması şousu bir nəticə vermədi. İlkin vaxtlarda böyük hay-küy qoparsalar da, Ermənistanda olan səfirlər, eləcə də Avropa İttifaqının mülki missiyası bu teatrda iştirak etsə də, artıq bunun bir nəticə verməyəcəyinin fərqindədirlər. Əsas məqsəd ilkin vaxtlarda erməni təbliğatını ifşa etmək idi, buna da nail ola bildik. Lakin hansısa təxribatların baş verməsi də istisna edilmir. Bu gün müşahidə edirik ki, Qarabağdakı separatçılar Ağdam-Xankəndi yolundan imtina edirlər.
Deməli, onların əsas məqsədi humanitar böhranın aradan qaldırılması deyil, humanitar faciə yaratmaq niyyəti ilə Azərbaycanın beynəlxalq miqyasda mənfi imicini formalaşdırmaqdır. Eyni zamanda separatçılar avtobuslar vasitəsilə Laçın sərhəd-buraxılış məntəqəsinə gələrək burada yeni bir şou təşkil etmək niyyətlərini ifadə ediblər. Artıq rəsmi surətdə Rusiya sülhməramlıları nümayişçiləri müşayiət etməkdən, onların təhlükəsizliyini təmin etməkdən imtina ediblər. Lakin Ermənistanda Qarabağdakı Rusiya sülhməramlılarını beynəlxalq mandat adı altında digər ölkələrin sülhməramlıları ilə əvəzlənməsini istəyirlər. Hər vəchlə Rusiya sülhməramlılarını diskrititasiya edirlər. Amma bu daha çox qarşıdakı dönəmdə Rusiya-Ermənistan ziddiyyəti ilə nəticələnə bilər. Burada da Azərbaycan öz siyasi dvidendlərini qazanmağa hazır olmalıdır. Eyni zamanda Rusiya sülhməramlılarına qarşı açıq fikirlər söylənilməsi geniş vüsət alıb və burada Azərbaycan məhz qarşıya qoyulan hədəfləri qısa müddət ərzində yerinə yetirmək üçün yaxşı fürsət qazanacaq".
Vəli Həsənov,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi