Azərbaycan yığmasının həkimi təyyarədə halı pisləşən sərnişini xilas edib
Azərbaycan yığmasının həkimi təyyarədə halı pisləşən sərnişini xilas edib
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının həkimi Bakı-İstanbul aviareysində səhhəti pisləşən sərnişini xilas edib.
"Report" xəbər verir ki, hadisə bu gün Bakı vaxtı ilə 11:45-də Bakıdan İstanbula uçan Türk Hava Yollarının təyyarəsində baş verib.
Təyyarə havaya qalxdıqdan 2 saat sonra sərnişin özünü narahat hiss edib. Sərnişin bildirib ki, sinəsində ağrılar var və getdikcə həmin ağrılar şiddətlənir. Təyyarə heyəti sərnişini ilkin müayinədən keçirsə də, onun səhhətini yaxşılaşdırmaq üçün dərman preparatı tapılmayıb.
Həmin təyyarədə Maltaya yarışa gedən qızlardan ibarət Azərbaycan futbol yığması da uçduğu üçün halı pisləşən sərnişinin köməyinə komandanın həkimi çatıb. Həkim sərnişini ehtiyat tibb çantasından lazım olan dərmanla təmin edib və daha sonra xəstənin halı normallaşıb.
Həkim sərnişindən təcili ürəyini kardioqram etməsini tələb edib və təyyarə İstanbulda endikdən sonra xəstə klinikaların birində həkim nəzarətinə alınıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

Zaqatalaya güclü leysan və dolu yağıb
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu