Azərbaycana Avropa Şurası lazımdır? - "Heç kim bizimlə təhdid dilində danışa bilməz

Azərbaycana Avropa Şurası lazımdır? - Xəbər verdiyimiz kimi, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətini təsdiqləməkdən imtina edib.
Bununla bağlı qətnamə 76 lehinə, 10 əleyhinə və 4 bitərəf səs olmaqla qəbul edilib.
Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini sual altına alaraq, nümayəndə heyətimizə qarşı ağlasığmaz ittihamlarla çıxış ediblər. 
Bunu nəzərə alaraq Azərbaycan nümayəndə heyəti AŞPA-da geniş, ətraflı bəyanat yayıb. 
Bəyanatda AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.
Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib. 
Bəs AŞPA üzvləri Azərbaycanı dəstəkləməməklə nəyə nail olmaq istəyirlər?
Bu addımda əsas məqsəd nədir?
Məsələ ilə bağlı azxeber.com-a açıqlama verən politoloq, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, əməkdar jurnalist Elçin Mirzəbəyli deyib ki, Azərbaycanın AŞPA ilə əməkdaşlığını dayandırması ölkəmizə qarşı qarayaxma kampaniya aparan ölkələrə məntiqi cavabdır:
Azərbaycana Avropa Şurası lazımdır? - "Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında fəaliyyətini qeyri-müəyyən vaxta qədər dayandırması barədə qərarı Fransa, Almaniya və onların sözügedən təsisatdakı yedək dövlətlərinin ölkəmizə qarşı apardıqları total qarayaxma və diskriminasiya siyasətinin məntiqi cavabıdır. Təəssüf ki, Avropa İttifaqına və Avropa Şurasına üzv olan bir sıra dövlətlərin uzun illərdən bəri yürütdükləri, konkret qütbün geosiyasi maraqlarının diqtə olunmasına, islamafob və irqçi baxış bucağının hakim mövqeyə keçməsinə xidmət edən, BMT Nizamnaməsinə və beynəlxalq hüququn digər norma və prinsiplərinə zidd siyasəti bir sıra beynəlxalq və regional təşkilatların formal əməkdaşlıq platformalarına çevrilməsinə, ayrı-ayrı ölkələrin peyk təsisatlarına çevrilməsinə, Avropa institutlarının gözdən düşməsinə zəmin yaradıb".
Siyasi şərhçinin sözlərinə görə, AŞPA 30 ilə yaxın azərbaycanlıların doğma yurdlarından didərgin düşməsini görməzdən gəlib:
"Artıq uzun müddətdir ki, "Avropa dəyərləri" anlayışı özündə fundamental insan hüquq və azadlıqlarını, demokratiya və ədalət prinsiplərini, bərabərhüquqlu ictimai və dövlətlərarası münasibətləri deyil, korporativ maraqları, konkret geosiyasi qütbün sattellit və vassallarının hikkəli iddialarını ifadə edir. Əgər Avropa Şurası və onun mahiyyət etibarilə məşvərətçi statusu daşıyan Parlament Assambleyası Ermənistanın işğalı nəticəsində 30 ilə yaxın öz evindən didərgin düşən, işğaldan azad edilmiş Azərbaycan ərazilərinin misli görünməmiş bir vəhşiliklə darmadağın edilməsi nəticəsində hələ də doğma yurdlarına qayıda bilməyən, həmçinin indiki Ermənistan ərazisindən zülmlə qovulan bir milyon nəfərdən çox azərbaycanlının hüquqlarını görməzdən gəlib, torpaqlarımızı cəhənnəmə çevirən və dünyanın gözü qarşısında könüllü şəkildə ərazilərimizi tərk edən bir toplumun sayı köçkün və qaçqın düşən azərbaycanlılardan on dəfələrlə az olan, xeyli hissəsi Livan, Suriya və digər ölkələrdən gətirilərək qanunsuz şəkildə Azərbaycan torpaqlarında məskunlaşdırılmış terrorçulardan, qanunsuz silahlı dəstələrin üzvlərindən ibarət etnik ermənilərin hüquqlarını Azərbaycan Respublikasının vətəndaşlarının, yəni Azərbaycan adlanan dövlətin sahiblərinin hüquqlarından üstün tutursa, o zaman, bizə belə Şura dünəndən lazım deyil.
Biz Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan üzü bu yana adında "şura" sözü olan, amma irqi diskriminasiya mexanizmi funksiyasını yerinə yetirən təsisatların gerçək üzünün nədən ibarət oldğunu çox yaxşı bilirik. Bu gün Suriyada, Liviyada, Yəməndə, Qəzzada, Ukraynada və dünyanın digər qaynar nöqtələrində baş verən cinayətlər, yüzminlərlə günahsız şəcsin qətlə yetirilməsi, milyonlarla insanın öz evindən qaçqın və köçkün düşməsi məhz AŞ PA kimi təsisatları dirijor çupuğuyla idarə edən geosiyasi aşPAZların qaynatdığı cəhənnəm qazanlarının görünən tərəfidir. Amma bu "qazanlar"dan buxar deyil, insan ah-naləsi çıxır. Bu gün onmilyonlarla insanın faciəsinə rəvac verib, öz bədənlərinin sərhədlərini qoruya bilməyənlərin "hüquqlarının" müdafiəsi üçün qlobal ajiotaj yaradan Avropa institutlarının mənəvi, mədəni, sosial deqradasiyaya uğradığı göz qabağındadır. Məhz bu baxımdan, kimin necə düşünməsindən asılı olmayaraq, bizə belə üzdəniraq təsisatların gərəkli olduğunu düşünmürəm".
Mövzu ilə bağlı azxeber.com-a danışan Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, AŞPA-nın ölkəmizə qarşı bu cür davranışının əsas səbəbi Azərbaycanın qələbələriylə barışa bilməməsidir:
Azərbaycana Avropa Şurası lazımdır? - "Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən bir sıra təşkilatlar Azərbaycanın 2020-ci ilin noyabrında və 2023-cü ilin sentyabrında əldə etdiyi qələbələrlə barışa bilmir. Onlar illər boyu Ermənistanı müdafiə edərək, onun Azərbaycana qarşı təcavüzünü dəstəkləmiş, problemin sülh yolu ilə həll olunmasına mane olmuşdular. Xüsusilə Avropa məkanında Fransa bu baxımdan daha çox fərqlənir. Bu ölkənin Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqeyi bütün hədləri keçməkdədir. Özünün Azərbaycana qarşı düşmənçilik mövqeyi ilə kifayətlənməyən Fransa məhz Avropa məkanında fəaliyyət göstərən Avropa Parlamenti və Avropa Şurası kimi beynəlxalq təşkilatların imkanlarından da yararlanaraq Azərbaycana qarşı hücumlarını dayanmadan davam etdirir. Əslində, Avropa Şurasının Azərbaycan nümayəndə heyətinin mandatının ratifikasiya etməməsi ilə demiş olduğu səbəblər fiksiyadır, əsası olmayan yanaşmalardır".
Deputat hesab edir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin öz fəaliyyətini dayandırması tam doğru qərar oldu:
"Onları ən çox narahat edən Azərbaycanın müstəqil siyasət yeritməsi, Cənubi Qafqazda Ermənistan məsələsinə son qoyması və Azərbaycanda separatçı-xunta rejimini devirməsidir. Ona görə də ən müxtəlif bəhanələrlə Azərbaycana qarşı səhv addımlar atırlar, parlamentlərində ölkəmizin sıxışdırılmasına çalışırlar. Avropa dövlətlərinə Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırış edirlər. Avropa Parlamenti uzun müddətdir ki, Azərbaycana qarşı bu hücumları davam etdirir. Artıq həmin əks-fəaliyyətə AŞPA da qoşuldu. Orada Fransanın təsiri olduqca çoxdur. Bəzi məlumatlar əsasında AŞPA da Azərbaycana qarşı ədalətsiz mövqeyini nümayiş etdirdi. Azərbaycanın həmin təşkilatdakı fəaliyyətini məhdudlaşdıran qərar qəbul etdi. Ölkəmizin sözügedən təşkilatdakı nümayəndə heyəti çox doğru olaraq bu cür ədalətsiz münasibətə bəyanatla öz reaksiyasını ifadə etdi, bunu Azərbaycana qarşı qərəzli münasibət kimi qiymətləndirdi. Eyni zamanda, çox düzgün olaraq ifadə etdi ki, heç bir ölkə, qurum ləyaqətli və beynəlxalq hüququn normalarına söykənən, bəşəri dəyərlərə arxalanan Azərbaycana həqarətlə yanaşa bilməz, bizimlə zor və təhdid diliylə danışa bilməz. Bu cür bəyanatla bizim nümayəndə heyətimiz öz fəaliyyətini AŞPA-da dayandırdı. Düşünürəm ki, bu, çox doğru qərar oldu. AŞPA-nın heç bir fakt olmadan bu cür mövqeyi görünməmiş bir hadisədir və gələcəkdə AŞPA qəbahətini ortadan qaldırarsa, bizim həmin nüfuzlu təşkilatdakı fəaliyyətimiz bərqərar ola bilər".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "ictimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda dərc edilib.
Azərbaycana Avropa Şurası lazımdır? -

Siyasi       Tarix: 26 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib

Ukraynanın Azərbaycandakı səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik ünvanlayıb. xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi "Facebook" səhifəsində müvafiq paylaşım edilib. "Azərbaycan

"Azərbaycan Ordusu BMT-nin yerinə yetirilmədiyi qətnamələri icra etdi"- Politoloq

"Antiterror əməliyyatı cəmi bir sutka ərzində reallaşmış olsa da, Azərbaycan tarixinin yüz illiklər boyu yüksək qiymətləndiriləcək parlaq səhifələrindən biridir". Bunu politoloq Elçin Xalidbəyli -a açıqlamasınd

Politoloq: "Azərbaycan TDT-ni strateji əməkdaşlıq mexanizmi kimi nəzərdən keçirir

Sentyabrın 17-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib. Görüş zamanı TDT-nin beynəlxalq nüfuzunun artırılması, enerji və nəqliyyat layihələrini

Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür

Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirovun məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Murad Aslanovun sədrliy

Antiterror əməliyyatı regiondakı siyasi reallığı necə dəyişdi? – Politoloqdan AÇIQLAMA

2023-cü il sentyabrın 19-da keçirilən antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtələrindən biridir. Əməliyyat nəticəsində ölkənin ərazi bütövlüyü tam bərpa edildi və Azərbaycanın suverenliyi bütü

"Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər

"Azərbaycanlıların tarixi daha əsaslıdır, nəinki ermənilərin tarixi". xəbər verir ki, bunu Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

İsrail Səfirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. İsrailin Azərbaycandakı səfirliyi bu barədə X-da paylaşım edib. "Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davaml

ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?

ABŞ Prezidenti Donald Tramp administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçının Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmələri üçün vizalar


son xeberler azerbaycan xeberleri yeni xeberler cebheden xeberler son xeberler bugun 2026 azerbaycan beynelxalq bank mezenne bugünki xəbərlər